Logo
    main-post-cover

    iPhone 14-də peyk şəbəkəsi üzərindən fövqəladə mesajların göndərilməsi funksiyası test edilib

    Elm & Texnologiya
    18.11.2022
    Emil
        Bir neçə gün bundan öncə iPhone 14 smartfonlarında peyk şəbəkəsi vasitəsilə fövqəladə hallar üzrə xidmətlər ilə əlaqə saxlamağa imkan verən funksiya ABŞ-da və Kanadada istifadəyə verildi. The Verge saytının redaktoru Victoria Song sözügedən funksiyanı test edib və onun barəsində fikirlərini bölüşüb. Yeni funksiyanın testi Nyu York şəhərindəki Bruklin bölgəsində yerləşən Prospekt parkında reallaşdırılıb. Beləliklə funksiyadan istifadə etmək üçün ilk növbədə 911 xidmətinə zəng etmək lazımdır. Mobil şəbəkənin olmadığı halda avtomatik olaraq peyk şəbəkəsi funksiyası aktivləşir. Victoria Song-un verdiyi məlumata əsasən proses çərçivəsində 30 saniyə gözləmək lazmıdır. 30 saniyədən sonra ekranın yuxarı sağ hissəsində SOS işarəsi əks olunacaq. Həmin işarəyə klikləyəndən sonra ekranda sadə anket ortaya çıxacaq.
        İstifadəçi həmin anketdə qarşılaşmış olduğu problemi seçməlidir. Bundan əlavə olaraq istifadəçiyə kontaktların fövqəladə hallar ilə bağlı məlumat verilib-verilməməsi təklifi edilir. Victoria Song qeyd edib ki, anketin doldurulması zamanı heç bir problem ilə qarşılaşmayıb. Lakin əgər istifadəçi hər hansısa ciddi xəsarətlər alıbsa və o, çox ağır vəziyyətdədirsə, anketin doldurulması prosesi heç də asan olmaya bilər. Anketin doldurulmasından sonra smartfon ekranında peyk ikonu və istiqamətlənmə oxu əks olunacaq. Bu halda istifadəçi smartfonu elə istiqamətə yönləndirməlidir ki, peyk ikonu yaşıl rəngdə olsun. Rəsmi məlumata əsasən əgər istifadəçi açıq ərazidə yerləşirsə, mesajların peyk şəbəkəsi vasitəsilə göndərilməsi 15-30 saniyə ərzində reallaşır.
        Lakin əgər istifadəçi dağlar və ya meşələr ilə əhatə olunubsa, mesajların göndərilməsi 1 dəqiqə və ya bir qədər çox zaman ərzində reallaşır. The Verge saytının redaktoru tərəfindən aparılmış test çərçivəsində mesajlardan bəziləri çox tez, bəziləri isə bir qədər gec göndərilib. Məlumatda qeyd edilib ki, mesajların gec göndərilməsi halında 3-5 dəqiqə gözləmək lazım gəlib. Mesaj nə qədər qısa olsa, o, bir o qədər sürətlə göndəriləcək. Məlumata əsasən iPhone 14 modellərində reallaşdırılmış sözügedən funksiyanın əsas mənfi özəlliklərindənn biri də odur ki, peyk siqnalını itirməmək üçün smartfonun vəziyyətini tez-tez dəyişmək lazım gəlir. “Əgər istifadəçinin ayağı qırılıbsa və ya o sadəcə olaraq hərəkət edə bilmirsə, yaxşı səviyyədə peyk siqnalını tutmaq problemli olacaq” - deyə The Verge saytı qeyd edib. 
    Paylaş
    Bənzər xəbərlər