Logo
    main-post-cover

    iPhone 15 Pro Max smartfonu iPhone tarixinin ən bahalı modeli ola bilər

        Dünən məlumat ortaya çıxmışdı ki, Apple bu il təqdim ediləcək iPhone 15 smartfonlarının qiymətlərini qaldıracaq. İndi isə iPhone 15 modellərinin satış qiymətləri ilə bağlı yeni məlumatlar təqdim edilib. Təqdim edilmiş yeni məlumatlara əsasən hətta adi iPhone 15 modelinin satış qiymətində də yüksəliş olacaq. iPhone 15 Pro Max modeli isə Apple tarixində təqdim edilmiş bütün iPhone modelləri arasında ən yüksək satış qiymətinə sahib olacaq.
        İnsayderlər bildiriblər ki, iPhone 14-dən fərqli olaraq iPhone 15-in qiyməti 100-200$ bahalaşa bilər. Əgər bu məlumat doğru olsa, deməli adi iPhone 15-in qiyməti 899-999$ təşkil edəcək. Yəni onun qiyməti iPhone 14 Plus və ya iPhone 14 Pro-nun qiymət səviyyəsində olacaq. Bununla belə iPhone 15 Pro Max-ın minimal yaddaş versiyasının qiyməti 1299$-dan start götürə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, hal hazırda aktual olan iPhone 14 Pro Max-ın minimal yaddaş versiyasının qiyməti 1099$ təşkil edir. Məlumata əsasən iPhone 15 Pro Max-ın 1 TB yaddaş həcminə sahib versiyası ümumiyyətlə 2100$-a satıla bilər.
    Paylaş
    Bənzər xəbərlər