main-post-cover

    iPhone 16 Pro-larda olacaq A18 Pro prosessoru süni zəka performansında Apple M4-ü geridə qoya bilər

    Elm & Texnologiya
    27.06.2024
    Emil Nəcəfov
         Sentyabr ayında təqdim olunacaq iPhone 16 smartfon seriyasının iPhone 16 Pro iPhone 16 Pro Max modellərinin A18 Pro prosessoru vasitəsilə çalışacaqları gözlənilir. Gözləntilərə əsasən A18 Pro prosessoru sayəsində iPhone 16 Pro modelləri süni zəka performansı mövzusunda hətta professional iPad Pro planşetlərini geridə qoyacaqlar. Bu yeni prosessor smartfonlardakı süni zəka imkanlarını daha üst səviyyəyə yüksəltməlidir. Bunun əsas səbəbi isə prosessorun güclü neyron çipinə (NPU) sahib olacağıdır.
         Bəzi məlumatlara əsasən A18 Pro-nun tərkibindəki NPU hələ bir neçə müddət bundan öncə təqdim edilmiş iPad Pro 2024 planşetinin sahib olduğu M4 prosessorunun tərkibindəki NPU-dan daha güclüdür. Məlumatlara inansaq, A18 Pro-nun tərkibindəki NPU-nun performans göstəricisi 45 TOPS təşkil edə bilər. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPad Pro 2024-ün sahib olduğu M4 prosessorunun NPU performansı 38 TOPS, iPhone 15 Pro modellərində istifadə edilən A17 Pro prosessorunun NPU performansı isə 35 TOPS təşkil edir. Bundan əlavə olaraq A18 Pro-nun NPU performansı üstəlik Qualcomm-un Snapdragon X Elite adlı desktop prosessorunun NPU performansını da geridə qoya bilər.
     
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple Watch Series 10 smart saatının CAD render fotoları təqdim edilib
    apple-watch-series-10-smart-saatinin-cad-render-fotolari-teqdim-edilib
    iPhone 16 üçün olan keys video vasitəsilə sərgilənib
    iphone-16-ucun-olan-keys-video-vasitesile-sergilenib
    Apple, iPhone istehsalında artıq daha az insan əməyindən istifadə edəcək!
    apple-iphone-istehsalinda-artiq-daha-az-insan-emeyinden-istifade-edecek
    Apple şirkəti, qaydaları pozduğuna görə, yenidən Avropada mühakimə olunur!
    apple-sirketi-qaydalari-pozduguna-gore-bir-daha-avropada-muhakime-olunur
    iPhone 16 Pro modelləri təkmilləşdirilmiş ultra geniş bucaqlı kameranı əldə edəcəklər
    iphone-16-pro-modelleri-tekmille