main-post-cover

    iPhone 16 və iPhone 16 Plus-ın sahib olduqları A18 prosessoru Geekbench testlərindən keçib

    Elm & Texnologiya
    10.09.2024
    Emil Nəcəfov
         Apple şirkəti dünən iPhone 16 iPhone 16 Plus smartfonlarını təqdim etdi. Təqdimat zamanı məlum oldu ki, bu smartfonlar A18 prosessoru vasitəsilə çalışırlar. İndi isə məlum olub ki, A18 prosessoru artıq Geekbench testlərindən keçib. Geekbench testlərində A18 prosessoruna sahib iPhone 16 iştirak edib. Nəticədə bu smartfonun tərkibində olan yeni prosessor Geekbench-in bir nüvəli testi çərçivəsində 3114 xal, çox nüvəli testi çərçivəsində isə 6666 xal toplayıb. Müqayisə üçün qeyd etmək lazımdır ki, iPhone 15-in sahib olduğu A16 Bionic prosessoru Geekbench-in bir nüvəli testi çərçivəsində 2541 xal, çox nüvəli testi çərçivəsində isə 6327 xal toplayır. Apple şirkəti dünənki təqdimat çərçivəsində bildirdi ki, A18 prosessorunun CPU tərəfi 30%, GPU tərəfi isə 40% daha performanslıdır.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər
    Apple öz saytında bəzi iPhone-ların satışlarını dayandırıb
    apple-oz-saytinda-bezi-iphone-larin-satislarini-dayandirib
    Apple AirPods 4 təqdim olunub - QİYMƏTİ
    apple-airpods-4-teqdim-olunub-qiymeti
    Apple Watch Series 10 smart ssatı təqdim edilib - QİYMƏTİ
    apple-watch-series-10-smart-ssati-teqdim-edilib-qiymeti
    Apple AirPods Pro 2, klinik səviyyəli eşitmə cihazına çevrilir!
    apple-airpods-pro-2-klinik-seviyyeli-esitme-cihazina-cevrilir
    iPhone 16, 16 Plus, 16 Pro və 16 Pro Max təqdim olundu - QİYMƏTİ
    iphone-16-16-plus-16-pro-ve-16-pro-max-teqdim-olundu-qiymeti