
GizmoSlip adlı YouTube kanalının müəllifləri, iPhone 7, Google Pixel XL və Galaxy S8 modellərini mikrodalğalı sobada qızdıraraq testdən keçirdiblər.
Testin əsas məğzi sözügedən hər 3 smartfonu mikrodalğalı sobaya yerləşdirib onların hansı müddətdən sonra sönəcəklərini və alışıb yanacaqlarını görmək olub. Mikrodalğalı sobanın işə salınmasından 2 saniyə sonra iPhone 7 öz-özünə işə düşüb, 5 saniyə sonra isə hər 3 smartfon yararsız hala düşüb. Lakin sonradan iPhone 7 və Google Pixel XL modellərini yenidən işə salmaq mümkün olub. Galaxy S8 isə ümumiyyətlə işə düşməyərək testdən keçməyib. Testin ikinci mərhələsində yerdə qalan 2 smartfon, 5 saniyə ərzində sönüb. Bu dəfə testi uğursuz şəkildə Google Pixel XL modeli tərk edib. iPhone 7 isə nəinki yenidən işə düşüb, hətta normal şəkildə çalışmağa davam edib. Bu testin nə ilə bitdiyini görmək üçün isə aşağıdakı videoya nəzər yetirin.
Şərh yoxdur