iPhone 8-in istehsalına start verildi. Cihaz haqqında yeni məlumatlar

iPhone 8-in istehsalına start verildi. Cihaz haqqında yeni məlumatlar

Texnologiya
04.08.2017 PAYLAŞIM

Məşhur OnLeaks ləqəbi ilə tanınan insayder Steve Hemmerstoffer bildirib ki, “Apple”, iPhone 8-in istehsalına start verib.

Bu barədə o öz Twitter hesabında şəxsi mənbələrə istinadən bildirib. Onun sözlərinə əsasən iPhone 8-in istehsalına, “Apple”ın qrafik planı üzrə start verilib və bu baxımdan cihazın satış tarixində problemlər yaşanmamalıdır. Bundan əlavə olaraq bu o deməkdir ki, yaxın zamanda bizi, istehsalatdan olacaq sızıntılar gözləyə bilər. Bu baxımdan iPhone 8 haqqında məlumatlar, təqdimatdan öncə də sızdırıla bilər. Bununla belə bir sıra mənbələrin verdikləri məlumatlara əsasən iPhone 8, bir qədər gecikmə ilə satışa çıxacaq. Bu, OLED ekranların çatışmazlığı və cihazın texniki problemləri ilə bağlı ola bilər. Məlumatlara əsasən hal hazırda şirkət mühəndisləri, iPhone 8-də reallaşdırılacaq bir sıra texnologiyalar ilə bağlı çətinliklər çəkirlər. Qeyd etmək lazımdır ki, yeni iPhone modeli, “Apple” şirkəti tərəfindən Sentyabr-da keçiriləcək ənənəvi tədbirdə təqdim olunacaq. Məlumatlara əsasən iPhoen 8, çərçivəsiz OLED ekrana və istifadəçi üzü skanına sahib olacaq.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Hələ təqdim olunmamış Xiaomi Mi Band 7 smart qolbağı internet mağazalarının biri..

Xiaomi Mi Band 6 smart qolbağı Çində keçən ilin aprel ayının əvvəlində təqdim edilmişdi...


Acer yeni oyun notebook-larını təqdim etdi - Predator Helios ilə eynəksiz 3D oyu..

Acer 18 May tarixində baş tutan onlayn təqdimat mərasimində əsas oyun xətti olan Predator seriyasınd..


Apple şirkətinin qarışıq reallıq cihazı barəsində yeni məlumatlar verilib..

Hələ 2015-ci ildən internetdə Apple şirkətinin yeni məhsulu barəsində məlumatlar ortaya çıxır. ..


ABŞ-ın hərbi tibb işçiləri üçün süni zəka texnologiyalı AR cihaz hazırlanacaq..

ABŞ Müdafiə Nazirliyinin perspektivli tədqiqat layihələri üzrə idarəsi (DARPA) Raytheon BBN adlı şir..


Google Pixel 7 və 7 Pro smartfonlarını, Pixel Watch smart saatını və Pixel planş..

I/O 2022 konfransı çərçivəsində Google şirkəti Pixel 6a smartfonunu və naqilsiz Pixel Buds Pro qulaq..


Google xarici dili tərcümə edərək altyazı formatında istifadəçiyə ötürən yeni AR..

Google I/O 2022 konfransı artıq start götürüb və şirkət sözügedən konfrans çərçivəsində yeni innovat..

×