
iPhone 8-in təmir olunma mümkünlüyü haqqında məlumatlar açıqlandı
Elm & Texnologiya
24.09.2017
Emil
Məşhur iFixit resursunun mütəxəssisləri, iPhone 8-in hissələrə ayrılması və onun təmir olunması mümkünlüyü barəsində məlumat veriblər.

Xarici görünüşcə iPhone 8, keçən
ilk iPhone 7-dən demək olar ki, fərqlənmir. Əsas fərqləndirici özəllik isə
iPhone 8-in şüşə örtüklü arxa qapağı olub. Bunun əsas səbəbi isə smartfona
naqilsiz şarj texnologiyasını yerləşdirməkdir. iPhone 8-in hissələrə ayrılması,
əvvəlki modellərdə də olduğu kimi ekranın diqqətli şəkildə korpusdan
ayrılmasından başlıyır. Bunun üçün mütəxəssislər xüsusi alətlərdən istifadə
ediblər. Smartfonun daxilində 1821 mAh enerji tutumlu batareyaya rast gəlinib.

Müqayisə üçün qeyd etmək lazımdır
ki, iPhone 7, 1960 mAh enerji tutumlu batareya ilə təchiz olunur. Bununla
yanaşı iFixit mütəxəssisləri qeyd ediblər ki, yeni modelin daxilində LPDDR4
tipli 2 GB RAM və Qualcomm MDM9656 Snapdragon X16 LTE modemi var. iPhoen 8-in
hissələrə ayrılmasından olan müsbət cəhətlər siyahısına ekran ilə batareyanın
rahat şəkildə əvəz edilməsi daxil edilib. Bununla yanaşı smartfonda naqilsiz
şarj texnologiyasının olması nəticəsində Lightning girişinə olan yüklənmə
azalır.

Toz və su filtrlərinin olması, təmiri
bir qədər qəlizləşdirir. Smartfonun quruluşunda standart Philips/JIS vintlərindən
istifadə olunsa da, şirkət 4 müxtəlif tərz detallardan istifadə edir. Bu isə öz
növbəsində smartfonun hissələrə ayrılmasında çətinliklər yaradır. Bununla
yanaşı iFixit mütəxəssisləri, arxa şüşə örtüyün əvəz edilməsi çətinliyindən və
cihazın aşağı hissəsindəki komponentlərdən narazı qalıblar. Nəticə etibarilə
iFixit mütəxəssisləri, təmir olunma mümkünlüyünə görə iPhone 8-ə 10 xaldan 6-nı
veriblər. Qeyd etmək lazımdır ki, keçən ilki iPhone 7, 7 xal almışdı.










Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
