
iPhone 8-in üz skanı kamerasının fotosu sızdırıldı
Elm & Texnologiya
22.08.2017
Emil
Bu sensor, istifadəçi üzünü skan edərək smartfonun aktiv olunması üçün istifadə ediləcək və Touch ID funksiyasını əvəzləyəcək.
iPhone 8-in üz skanı özəlliyi, smartfonun əsas
funksiyalarından biri olacaq. O nəinki millisaniyə ərzində istifadəçi üzünü
skan edərək smartfonu aktiv edəcək, həmçinin Apple Pay vasitəsilə ödənişlərin
autentifikasiyasını da reallaşdıracaq. Bununla yanaşı məlumatlara əsasən üz
skanı sistemi, ənənəvi Touch ID-dən daha dəqiq, sürətli və təhlükəsiz olacaq.
Belə ki, yeni sistem, Touch ID-dən fərqli olaraq skan üçün daha çox sayda nöqtəni
seçə biləcək. Üz skanı üçün nəzərdə tutulmuş kameranın fotosu aşağıda təqdim
olunub. Kamera özü 3 hissədən ibarətdir. Standart kamera, infraqırmızı ötürücü
modul və infraqırmızı qəbuledici modul. Bu 3 hissə hesabına üz skanı sistemi
çalışacaq. Bundan əlavə olaraq ön kameranın, saniyədə 60 kadr sürətlə 4K video
çəkilişi reallaşdırma funksiyasına da sahib olacağı gözlənilir. Qeyd etmək
lazımdır ki, iPhone 8, gələn ay “Apple” şirkətinin ənənəvi tədbirində təqdim
olunacaq. Onun ABŞ bazarındakı qiymətinin isə 1200-1400$ olacağı güman edilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
