
iPhone 8 Plus modellərinin partlayış hadisələri daha irimiqyaslı hal almağa başladı
Elm & Texnologiya
05.10.2017
Emil
Görünür, bir neçə model iPhone 8 Plus-ın da batareyaları partlamış vəziyyətdədir.

Bu həftə xəbər verdiyimiz iPhone 8
Plus partlayışı hadisələrinə daha 3-ü də əlavə olunub. Həmin hadisələr zamanı
cihazlardan biri Yaponiyada, digəri isə Tayvanda partlamışdı. Lakin yeni
partlayış xəbərləri, Yunanıstan, Kanada və Honkonqdan gəlib. Steve Jobs-un
sağlığında belə hadisələr olmurdu.

Yaponiya və Tayvanda iPhone 8 Plus modelinin
partlayış xəbərləri çıxanda güman etmək olardı ki, həmin cihazlar bir partiyaya
daxil idilər. Bura həmçinin Honkonqda olan hadisəni də aid etmək olar. Lakin
Kanada və Yunanıstandan bu cür xəbərlərin gəlməyi, işi qəlizləşdirir. Belə ki,
bu halda iPhone 8 Plus problemi, müxtəlif partiyalara aid edilir. “Apple”ın
yeni smartfonu ilə olan problemi, 2 kateqoriyaya ayırmaq olar: Bəzi iPhone
modelləri elə öz qutularında partlayır və istifadəçiyə artıq yararsız vəziyyətdə
çatır.

Digər modellər isə orijinal şarj cihazı ilə şarja qoyandan sonra partlayır.
Bununla belə hər iki ehtimalda nəticə dəyişilməz olaraq qalır. Yəni, batareya
şişir və daxildən smartfonu yarasız hala salır. Bu hadisələrdə yaxşı xəbər ondan
ibarətdir ki, smartfonlar sözün əsl mənasında alışıb yanmırlar. Yəni bu
baxımdan insan səhhətinə və ya mülkiyyətə ziyan dəymir. “Apple”, bu hadisə ilə bağlı istintaqa
artıq start verib.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
