
iPhone 8 və iPhone 8 Plus modellərinin istehsalatı neçəyə başa gəlir və nəyə görə onlar belə bahadırlar?
Elm & Texnologiya
26.09.2017
Emil
“IHS Markit” şirkətinin analitikləri, iPhone 8 və iPhone 8 Plus modellərinin “Apple”a hansı qiymətə başa gəldiyini hesablayıblar.
Mütəxəssislərin hesablamalarına əsasən
64 GB daxili yaddaşa sahib iPhone 8-ə görə şirkət, 247.51$ ödəyir. Bu göstərici,
keçən ilki iPhone 7-nin yığılmasından 10$ bahadır. iPhone 8 Plus modeli daha
baha başa gəir. Belə ki, böyük ekrana sahib bu modelin yığılması üçün şirkət,
288.08$ ödəyir.
Keçən ilki model ilə müqayisə edərkən görmək olar ki, iPhone 7
Plus, 270.88$-a başa gəlirdi. Detallara və yığılmaya xərclənən vəsaitin
qalxması nəticəsində iPhone 8 ilə iPhone 8 Plus modellərinin pərakəndə satış
qiymətləri də qalxıb. Keçən ilki iPhone 7 və iPhone 7 Plus modelləri ilə
müqayisədə yeni smartfonlar, 50$ baha qiymətə satılırlar. “IHS Markit” şirkətinin
mütəxəssisinin sözlərinə əsasən yeni modellərin qiymətləri, kamera, prosessor və
daxili yaddaş özəllikləri səbəbilə qalxıb.
Belə ki, 32 GB-lıq daxili yaddaşdan
64 GB-lıq daxili yaddaşa keçmək, “Apple”a 6$ qiymətinə başa gəlir. Yeni nəsil
A11 Bionic prosessorları isə, keçmiş modeldən 5$ bahadır. Bununla yanaşı
iPhone-nun pərakəndə satış qiyməti təkcə maya dəyəri sayəsində formalaşmır. “Apple”,
tədqiqatlara, dizayna, marketinqə, müxtəlif icazələrə və hökümətlərdən
sertifikatlara xərclənən böyük vəsaitləri də nəzərə alır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
