
iPhone 9-un (iPhone SE 2) təqdimat tarixi məlum oldu
Elm & Texnologiya
23.01.2020
Emil
iPhone SE-nin davamçısının hansı ada sahib olacağı barəsində məlumatın ortaya çıxmasından sonra internetdə həmin smartfonun təqdimat tarixi barəsində məlumat da ortaya çıxıb. İnsayderlərin məlumatlarına əsasən iPhone SE-nin davamçısı olacaq iPhone 9-un təqdimatı üçün sentyabr ayını gözləməyə ehtiyac yoxdur. Belə ki, smartfon daha tez təqdim ediləcək.
Bu barədə Bloomberg saytı xəbər verib. Apple şirkətinə yaxın olan mənbələrə istinadən Bloomberg saytı qeyd edib ki, büdcəli iPhone modelinin istehsalına fevral ayında start veriləcək. Smartfonun təqdimat tədbiri isə artıq mart ayında baş tutacaq. iPhone 9-un müxtəlif komponentlərinin istehsalı ilə Foxconn, Pegatron və Wistron şirkətləri məşğul olacaqlar.
Şərti adı iPhone 9 olan smartfon 4.7 düym ekran, bir ədəd arxa kamera və ənənəvi Touch ID texnologiyasını əldə etməlidir. Əvvəlki məlumat sızıntılarına əsasən iPhone 9 modeli Apple A13 Bionic prosessoru vasitəsilə çalışacaq və 3 GB RAM ilə təchiz olunacaq. Gözləntilərə əsasən smartfon 64/128 GB daxili yaddaş versiyalarında satışa çıxacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
