
iPhone 9-un (iPhone SE 2) təqdimat və satış tarixləri barəsində məlumat verildi
Elm & Texnologiya
01.04.2020
Emil
Amerikalı bloqqer və insayder olan Jon Prosser, Apple şirkətinin nə zaman iPhone 9 (iPhone SE 2) smartfonunu təqdim edəcəyini və onu nə zaman satışa çıxardacağını söyləyib. Bu barədə Gagadget saytı xəbər verib. Onun sözlərinə əsasən Apple şirkətinin top menecerləri dünən şirkət daxilində görüş keçirdiblər və iPhone 9 smartfonunun təqdimat tarixini dəqiqləşdiriblər.

Məlumata əsasən smartfon 15 aprel tarixində təqdim olunmalıdır. Satışlara isə 22 aprel tarixində start verilməsi planlaşdırılır. Qeyd etmək lazımdır ki, son məlumat sızıntılarına əsasən iPhone 9 modeli iPhone 8-in dizaynını əldə edəcək. Smartfon 4.7 düym ekran, 3 GB RAM, 128 GB daxili yaddaş həcmi və Apple A13 Bionic prosessoru ilə təchiz olunmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
