
iPhone 9 və iPhone 12 koronavirus səbəbilə gecikə bilərlər
Elm & Texnologiya
09.03.2020
Emil
Bir neçə müddət bundan öncə məlumat ortaya çıxmışdı ki, Çində yayılan koronavirus səbəbilə iPhone SE 2-nin (iPhone 9) təqdimatı təxirə salına bilər. İndi isə Bank of America-nın mütəxəssisləri Apple şirkətinin komponent təchizatçıları ilə bu məsələdə söhbət apardıqdan sonra yayılmış məlumatları təsdiqləyiblər. Bu barədə Reuters saytı xəbər verib. Analitiklər qeyd ediblər ki, koronavirus Çinin istehsalat sahəsinə ciddi zərbə vurub.
Buna görə də Apple şirkəti öz cihazları üçün komponent qıtlığı problemi ilə qarşılaşıb. Nəticədə iPhone 9 modeli əvvəlcədən planlaşdırıldığından bir neçə ay sonra satışa çıxa bilər. Hər şey istehsalat proseslərinin bərpası tempindən asılı olacaq. Çində yayılan koronavirus həmçinin iPhone 12-yə də təsir göstərə bilər. Qeyd etmək lazımdır ki, Apple şirkəti öz yeni iPhone modellərini ənənə üzrə sentyabr ayında təqdim edir.
Lakin analitiklərin proqnozlarına əsasən şirkət təqdimat tədbirinin təxirə salınmasını da nəzərdən keçirə bilər. Heç istisna deyil ki, şirkət 5G dəstəkli ilk iPhone modellərini 1 ay gec təqdim etsin. Bu halda da hər şey Çindəki istehsalat proseslərinin bərpası tempindən asılı olacaq. Bununla yanaşı şirkət koronavirus səbəbilə öz əməkdaşlarına evdən çalışmaq icazəsini verib. Söhbət, Apple Park kampusunda çalışan işçilərdən gedir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Watch 8, Watch 8 Classic və Watch Ultra 2025-in render fotoları təqdim edilib
