iPhone istifadəçiləri smartfonların zəiflədilməsini deaktiv edə biləcəklər

iPhone istifadəçiləri smartfonların zəiflədilməsini deaktiv edə biləcəklər

18.01.2018 PAYLAŞIM

“Apple” şirkətinin CEO-su Tim Cook ABC News kanalına müsahibə verib.

Öz müsahibəsində şirkət rəhbəri iPhone cihazlarının zəiflədilməsi məqsədinin daha aydın şəkildə istifadəçilərə çatdırılmasının vacibliyini qeyd edib.

“Təsəvvür edinki siz təcili zəng edir, ismarış yazır və ya foto çəkirsiniz və bu zaman sizin smartfonunuz sönür. Biz qərara aldıq ki, bu halda prosessorun gücünün bir hissəsini qurban vermək daha məqsədəuyğundur. Biz həqiqətən də bu qərar barəsində dəfələrlə məlumat vermişik. Lakin buna çox az adam fikir vermişdir. Biz, bizim şirkətimizin başqa motivasiyası olduğunu düşünən hər kəsdən üzr istəyirik” – deyə Tim Cook bildirib.

Həmçinin o bildirib ki, Fevral ayında yeni iOS versiyası təqdim olunacaq. Onun vasitəsilə smartfon batareyasının vəziyyətini nəzarətdə saxlamaq olacaq. Lazım olduğu anda istifadəçi smartfon zəiflədilməsi funksiyasını özü deaktiv edə biləcək. Lakin Tim Cook bunu mıəsləhət görmür.

“Fevral ayında biz ilk öncə tərtibatçılar sonra isə istifadəçilər üçün yeni iOS versiyasının beta versiyasını təqdim edəcəyik. Həmin iOS versiyada batareyanın vəziyyətinin nəzarəti funksiyası olacaq. Biz smartfonları sizin yaxşılığınıza görə zəiflətmişik. Əgər siz bunu istəmirsinizsə, bu funksiyanı deaktiv edə bilərsiniz. Lakin biz bunu məsləhət görmürük” – deyə Tim Cook əlavə edib.

Qeyd edtmək lazımdır ki, “Apple” şirkəti bildirmişdi ki, o, uzun müddətli istifadə olunmuş batareyaya sahib köhnə iPhone modellərini onların batareyalarının gözlənilmədən sıradan çıxmasının qarşısını almaq üçün zəiflədirdi.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi Note 8 Pro'nun qiyməti təqdimatdan öncə məlum oldu

Redmi Note 8 Pro smartfon modelinin təqdimatına çox az zaman qalmış onun barəsində demək olar ki, hə..


Redmi brendi artıq K20 smartfon modelinin davamçısı üzərində çalışır

May ayında Xiaomi şirkətinin Redmi brendi Redmi K20 smartfon seriyasını təqdim etmişdi.


Azercell 'Rəqəmsal Dünya Bölgələrdə' layihəsi çərçivəsində uşaqları və məcburi k..

Azercell Telekom “Rəqəmsal Dünya Bölgələrdə” şüarı altında iyul ayından başlayaraq ölkənin şəhər bə ..


Mercedes-Benz şirkəti öz alıcılarını izlədiyini etiraf edib

Smartfon istifadəçiləri artıq təəccüblənmirlər ki, həmin smartfonlr onların yerləşdikləri yerləri iz..


Onlayn sağlamlıq proqramları və məşqlər üçün yeni yerli tətbiq təqdim olundu - F..

Tətbiqin ən əsas üstünlüyü ondan ibarətdir ki, bu proqramlar sizə təsadüfi və kor təbii şəkildə təqd..


ABŞ'ın Huawei şirkətinə təqdim etmiş olduğu lisenziya daha 3 aylıq uzadılacaq..

ABŞ-ın ticarət nazirliyi Huawei şirkətinə qarşı təyin edilmiş sanksiyaların daha 3 ay təxirə salınma..