
“Apple” şirkətinin CEO-su Tim Cook ABC News kanalına müsahibə verib.
Öz müsahibəsində şirkət rəhbəri iPhone cihazlarının zəiflədilməsi məqsədinin daha aydın şəkildə istifadəçilərə çatdırılmasının vacibliyini qeyd edib.
“Təsəvvür edinki siz təcili zəng edir, ismarış yazır və ya foto çəkirsiniz və bu zaman sizin smartfonunuz sönür. Biz qərara aldıq ki, bu halda prosessorun gücünün bir hissəsini qurban vermək daha məqsədəuyğundur. Biz həqiqətən də bu qərar barəsində dəfələrlə məlumat vermişik. Lakin buna çox az adam fikir vermişdir. Biz, bizim şirkətimizin başqa motivasiyası olduğunu düşünən hər kəsdən üzr istəyirik” – deyə Tim Cook bildirib.
Həmçinin o bildirib ki, Fevral ayında yeni iOS versiyası təqdim olunacaq. Onun vasitəsilə smartfon batareyasının vəziyyətini nəzarətdə saxlamaq olacaq. Lazım olduğu anda istifadəçi smartfon zəiflədilməsi funksiyasını özü deaktiv edə biləcək. Lakin Tim Cook bunu mıəsləhət görmür.
Tarixdəki iPhone skandalları!
“Fevral ayında biz ilk öncə tərtibatçılar sonra isə istifadəçilər üçün yeni iOS versiyasının beta versiyasını təqdim edəcəyik. Həmin iOS versiyada batareyanın vəziyyətinin nəzarəti funksiyası olacaq. Biz smartfonları sizin yaxşılığınıza görə zəiflətmişik. Əgər siz bunu istəmirsinizsə, bu funksiyanı deaktiv edə bilərsiniz. Lakin biz bunu məsləhət görmürük” – deyə Tim Cook əlavə edib.
Qeyd edtmək lazımdır ki, “Apple” şirkəti bildirmişdi
ki, o, uzun müddətli istifadə olunmuş batareyaya sahib köhnə iPhone modellərini
onların batareyalarının gözlənilmədən sıradan çıxmasının qarşısını almaq üçün zəiflədirdi.
Şərh yoxdur