main-post-cover

    iPhone istifadəçilərin məlumatlarını əldə etmək üçün Facebook həmin istifadəçilərə pul ödəyibmiş

    Elm & Texnologiya
    30.01.2019
    Farid Pardashunas
        Techcrunch saytının verdiyi məlumata əsasən istifadçilərin məlumatlarını və onların bütün aktivliklərini əldə edən tətbiqin yüklənməsi müqabilində Facebook şirkəti həmin insanlara gizli şəkildə pul ödəyirmiş. Buna görə də Facebook Apple şirkətinin məlumat yığımı siyasətinin qanunlarını pozub. 2016-cı ildən başlayaraq Facebook şirkəti 13-25 yaş arası şəxslərə Android iOS sistemləri üçün hazırlanmış Facebook Research tətbiqinin yüklənməsi müqabilində hər ay 20$ vəsait ödəyib. Bu tətbiq isə telefon ilə web aktivliyini yığaraq əldə olunmuş məlumatları Facebook-a göndərib.
        Bir neçə müddət bundan öncə Facebook bu cür məlumatları Onavo adlı VPN tətbiq vasitəsilə əldə edirdi. Keçən il Facebook şirkəti App Store-dan Onavo tətbiqini silmişdi. Belə ki, Apple şirkəti məlumat yığımı siyasətinin pozulması mövzusunda Onavo tətbiqini ittiham etmişdi. Facebook Research tətbiqi korporativ tətbiqlər üçün olan Apple tərtibatçısı sertifikatının istifadəsi vasitəsilə yayılırdı. Bunun köməyi ilə Facebook şirkəti iPhone-da olan bütün məlumatı əldə edə bilirdi: Fotolar, videolar, brauzer tarixçəsi, elektron poçtda olan mesajlar, istifadəçinin yerləşdiyi yer barəsində məlumatlar və s.
        Bəzi hallarda Facebook həmçinin Amazon-da edilmiş alış-verişin screenshot fotosunu göndərməyi də istifadəçidən tələb edirdi. Qeyd etmək lazımdır ki, Apple şirkətinin korporativ sertifikatı yalnız o tətbiqlərə verilir, hansılar ki, şirkətin daxilində test və tərtib üçün nəzərdə tutulsun. Facebook şirkəti isə bu tətbiqi yükləmək istəyən hər bir şəxsə icazəni təqdim edərək Apple şirkətinin qanunlarını pozub. Techcrunch-ın bu istintaqına Apple şirkəti heç bir reaksiya verməyib. Faktiki olaraq Apple şirkəti Facebook-dan həmin sertifikatı geri ala bilər. Bu o halda baş verə bilər ki, Apple nəticədə qanunların pozulması məsələsini təsdiqləsin.
        Facebook bu tətbiqin testini aparacaq şəxsləri Applause, BetaBounduTest servisləri vasitəsilə axtarırmış. Bununla belə Facebook-un adı heç yerdə qeyd olunmayıb. Şirkət tətbiqi Atlas adlı layihə şəklində gizlədib. Techcrunch-ın bu məqaləsi çıxandan sonra şirkət Facebook Research tətbiqini iOS üçün deaktiv edib. Lakin tətbiq hələ də Android sistemində çalışır. Bundan əlavə olaraq şirkət həm də Techcrunch-ın məqaləsini tənqid edib.
        “Bazar araşdırması üçün nəzərdə tutulmuş bu tətbiq barəsində əsas faktlar nəzərə alınmır. Layihənin özündə gizli heç bir şey olmayıb. Tətbiq həqiqətən də Facebook Research adlanıb. Bu, casusluq olmayıb. Belə ki, bütün şəxslər tələb olunan məlumatların təqdim edilməsi prosesinin şəffaf tanışlığından keçiblər və həmin insanlara iştiraka görə pul ödənilib. İştirakçılar arasında yeniyetmələrin sayı 5%-dən aşağı olub. Onların hamısı valideynlərinin yazılı icazəsi ilə iştirak ediblər” – deyə Facebook şirkətinin mətbuat xidməti bildirib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər