iPhone-nu artıq Android smartfon vasitəsilə jailbreak etmək olar

iPhone-nu artıq Android smartfon vasitəsilə jailbreak etmək olar

Texnologiya
05.03.2020 PAYLAŞIM

    iPhone-nun satışa çıxdığı ilk illər ərzində onun jailbreak prosesini yalnız noutbuklar və Apple kompüterləri vasitəsilə etmək olurdu. Daha sonra iPhone-nun jailbreak-ni digər platformalar vasitəsilə də etmək mümkün oldu. İndi isə Reddit istifadəçilərindən biri iPhone-nun jailbreak prosesini Android smartfon vasitəsilə edə bilib. Bu barədə XDA-Developers saytı xəbər verib. iOS-in hack olunması üçün nəzərdə tutulmuş Checkra1n proqram təminatı yalnız macOS 10.10 və daha yuxarı versiyalarda çalışırdı.

    Daha sonra proqram təminatının OC Linux ilə çalışan kompüterlər üçün olan versiyası da ortaya çıxdı. İndi isə Reddit istifadəçilərindən biri jailbreak prosesini root olunmuş Andorid smartfon vasitəsilə edə bilib. Checkra1n proqram təminatı rəsmi olaraq hal hazırda aktual olan iOS 13 əməliyyat sistemi il çalışan iPhone-ların jailbreak olunması imkanını verən yeganə proqram təminatı hesab edilir. Sözügedən hack üsulunun alqoritmində smartfonun flash yaddaşındakı yüklənmə sektorunun sistem boşluğundan istifadə edilir.


Jailbreak

    Checkra1n-in yeganə mənfi cəhəti ondan ibarətdir ki, iPhone-nun söndürülüb/yandırılmasından sonra jailbreak prosesini yenidən yerinə yetirmək lazım olacaq. Bu cür jailbreak-i Android smartfon vasitəsilə reallaşdırmaq isə öz növbəsində onun istifadə funksionallığını genişləndirir. Belə ki, noutbuk və ya kompüterə ehtiyac qalmır. Bu halda uğurlu jailbreak-in keçirilməsinin əsas şərti iOS 12.3 və daha yuxarı versiyada olan iPhone 5s-dən iPhone X-ə kimi iPhone modelinin, root olunmuş Android smartfonun, istənilən terminal tətbiqinin və iki cihazın bir-birinə qoşulması üçün nəzərdə tutulmuş OTG keçidinin olmalarından asılıdır. 

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Avropa Birliyi smartfonlar üçün şarj cihazlarının vahid standartını hazırlayır: ..

Avropa komissiyası sabah smartfonlar, planşetlər və qulaqlıqlar üçün nəzərdə tutulmuş şarj cihazları..


İnsayderlər Apple A16 Bionic prosessoru barəsində ilkin məlumatları veriblər..

Mütəxəssislərin fikirlərinə əsasən iPhone 13 modellərində istifadə olunan Apple A15 Bionic prosessor..


SpaceX-in Inspiration4 adlı mülki missiyası uğurla yekunlaşıb

Inspiration4 adlı mülki missiya çərçivəsində istifadə edilmiş Crew Dragon kosmik gəmisi uğurla Atlan..


Naqilsiz Apple AirPods 3 qulaqlıqları bu ilin sonuna kimi təqdim olunmalıdırlar..

Apple şirkəti iPhone 13 smartfonlarını təqdim edən zaman bir çoxları yeni naqilsiz AirPods 3 qulaqlı..


Yeni GoPro Hero 10 Black action kamerası təqdim edilib - QİYMƏTİ

GoPro şirkəti özünün Hero 10 Black adlı yeni flaqman action kamerasını təqdim edib.


SpaceX heç bir astronavtın iştirakı olmadan 4 nəfər turisti kosmosa göndərib (Vİ..

Kosmik uçuşlar yeni bir şey deyil. Lakin bununla adətən professional şəxslər məşğul olurlar. SpaceX ..

×