iPhone'nu MacBook ilə, Apple Watch'u isə iPhone ilə şarj etmək olacaq

iPhone'nu MacBook ilə, Apple Watch'u isə iPhone ilə şarj etmək olacaq

Texnologiya
27.07.2018 PAYLAŞIM

    Apple şirkətinin yeni patentində şirkət cihazlarının yeni qeyri-adi şarj prosesi əks olunub. Belə ki, patent sorğusunda cərəyanı hər iki istiqamətdə ötürə bilən yeni cihazdan bəhs olunur. Beləliklə nəzəri cəhətdən iPad və ya MacBook heç bir naqil olmadan iPhone X və ya iPhone 8-ə şarj cərəyanı ötürə bilərlər. Smartfonlar isə öz növbələrində həmin cərəyanı digər cihazlara ötürə bilərlər. Hal-hazırda naqilsiz şarj prosesi üçün induktiv özəlliklərə sahib iPad və MacBook-lar istehsal olunmur. Lakin gələcəkdə bu cür şarj prosesi perspektivli ola bilər.


Bənzər xəbər


    Patent sorğusunda MacBook ilə bir və ya iki cihaz arasında (iPhone ilə Apple Watch kimi cihazlar arasında) enerji ötürülməsini reallaşdıra biləcək bir neçə şarj nöqtəsindən ibarət MacBook təsvir olunub. Cihaz digər cihazın altında və ya üstündə yerləşməsindən asılı olaraq enerji yığır və ya ötürür. Bu halda MacBook digər cihazlar üçün enerjiötürücü stansiyaya çevrilir. Bundan əlavə olaraq çox güman ki, Apple Watch-u iPhone ekranının üzərinə qoyaraq onu beləcə şarj etdirmək olacaq. İndi isə Apple şirkəti naqilsiz şarj nöqtələri arasında xaric və daxil olan cərəyanın qızmadan keçidini reallaşdırmalıdır. Bu cür texnologiyanın yaradılması üçün isə illər lazım ola bilər.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


NASA-nın yeni aparatının Aya çatdırılması SpaceX şirkətinə həvalə edilib..

NASA-nın Ay səthi üçün nəzərdə tutulmuş yeni aparatı (moon rover) Yer kürəsinin peykinə Falcon Heavy..


Huawei: 'Dünyada olan prosessor çatışmazlığı probleminin səbəbi ABŞ sanksiyaları..

Son zamanlarda dünyada mikrosxem çatışmazlığı problemi yaşanır. Bu isə öz növbəsində məhsulların qiy..


Apple növbəti təqdimat tədbirinin keçirilmə tarixini elan edib

Dünən internetdə Apple şirkətinin növbəti təqdimat tədbiri barəsində məlumat ortaya çıxmışdı. ..


2023-cü ildə Dubayda pilotsuz taksilər istifadəyə veriləcək (VİDEO)

Dubay şahzadəsi Hamdan bin Mohammad öz Twitter hesabında bildirib ki, yaxın gələcəkdə şəhər yolların..


Google Chrome brauzerinə çox faydalı multimedia funksiyası əlavə ediləcək..

Google Chrome-un test versiyasında Youtube-dan daha çox istifadə edənlər üçün faydalı funksiya reall..


Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu test..

Türkiyə Ay missiyası üçün nəzərdə tutulmuş hibrid raket mühərrikinin uğurlu testini reallaşdırıb...

×