main-post-cover

    iPhone satışları Apple şirkətinə ümumi rüb gəlirinin yarısından daha az gəlir gətirib

    31.07.2019
    Farid Pardashunas
        iPhone satışları Apple şirkətinə bu ilin üçüncü rübündə 25.9 milyard dollar gəlir gətirib. Bu isə ümumi rüb gəlirinin yarısından kiçikdir. Ümumi rüb gəliri isə 1.02% artaraq 53.8 milyard dollar təşkil edib. Bu barədə Vc.ru saytı xəbər verib. Ən böyük göstəriciləri daşınıla bilən cihazlar, ev üçün elektronika və cihazlar göstəriblər. Bu məhsullar ümumilikdə Apple şirkətinə 5.5 milyard dollar gəlir gəririb.
        Keçən il həmin rüb üzrə şirkət 3.7 milyard dollar gəlir gətirmişdi. Bu isə bu ilki rüb göstəricisi ilə müqayisədə 48% azdır. Bununla yanaşı şirkət öz servislərinin satışlarını 13%-ə yüksəldərək 11.5 milyard dollar əldə edib. Həmçinin şirkət Mac kompüter modellərinin satışlarını 11% (5.8 milyard dollar), iPad satışlarını isə 8% (5 milyard dollar) yüksəldib. Tim Cook-un sözlərinə əsasən bu, Apple üçün ən böyük iyun rübüdür. Şirkətin 1 il ərzində əməliyyat gəliri 12.6 milyard dollardan 11.5 milyard dollara enib.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər