iPhone SE 2 barəsində yeni məlumatlar verilib
Elm & Texnologiya
14.10.2019
Farid Pardashunas
Bu ayın əvvəlində məşhur analitik Ming-Chi Kuo, iPhone SE 2-nin satışa çıxacağını təsdiqləmişdi. İndi isə o, smartfon barəsində yeni məlumatlar verib. Bu barədə 9to5mac saytı xəbər verib. Analitikin sözlərinə görə iPhone SE 2 smartfonu 3 rəngdə satışa çıxacaq: Silver, Space Grey və Red. Smartfon həmçinin 64/128 GB daxili yaddaşa da sahib olacaq. Əvvəlki məlumat sızıntılarına əsasən iPhone SE 2 modeli 4.7 düym ekran, A13 Bionic prosessoru, 3 GB RAM və Touch ID texnologiyası ilə təchiz olunacaq.
Smartfonun 3D Touch texnologiyasına sahib olacağı gözlənilmir. Məlumata əsasən iPhone SE 2-nin qiyməti 399$-dan başlayacaq. Qeyd etmək lazımdır ki, 16 GB daxili yaddaşa sahib orijinal iPhone SE modeli də 2016-cı ildə satışa çıxan zaman həmin qiymət göstəricisinə sahib idi. 2017-ci ildə isə şirkət smartfonun daxili yaddaşını 32 GB-a kimi yüksəltdi və qiyməti 350$-a endirdi. Son məlumata əsasən iPhone SE 2 modeli 2020-ci ilin birinci rübündə satışa çıxacaq.
Linki kopyala
Bənzər xəbərlər
Oxşar xəbərlər
Həftənin xəbərləri
WhatsApp-da AirDrop analoqu istifadəyə veriləcək
Xiaomi 14 seriyasına süni intellekt əlavə ediləcək!