iPhone SE 2 ilə bağlı ilkin məlumatlar ortaya çıxdı

iPhone SE 2 ilə bağlı ilkin məlumatlar ortaya çıxdı

Texnologiya
02.12.2019 PAYLAŞIM

        iPhone SE modeli giriş seqmenti bir cihaz olaraq istifadəçilər tərəfindən çox bəyənilmişdi. Həm Apple-ın ikonik dizaynı, həm qiyməti, həm də parametrləri ilə qane edici bir cihaz idi. Uzun zamandır ki, Apple şirkətinin yeni bir SE 2 modeli istehsal edəcəyi danışılır. Təbii ki, rəsmi mənbələr tərəfindən isbatlanmadığı üçün ortada bir məlumat yoxdu. Bu gün aşkarlanan məlumatlara görə şirkət bu aydan etibarən iPhone SE 2 modeli üçün detalları toplamağa başlayacaq. 

Çinli bir mənbənin dediklərinə görə iPhone SE 2 telefonu A13 Bionic çipseti ilə istehsal olunacaq və növbəti 3-4 ay ərzində telefon təqdim ediləcək.

        Çinli mənbəyə görə Cupertino mərkəzli firma bu aydan etibarən iPhone SE 2 modelinin istehsalında istifadə olunacaq detalları bu aydan etibarən toplamağa başlayacaq. İlk ağıla gələn fikir isə artıq cihazın dizaynının hazır olduğudur. Bundan daha əvvəl Tianfeng International-da analist olaraq işləyən Guo Mingyu bildirmişdi ki, Apple şirkəti 2020-nin ilk rübündə, təxminən Mart aylarında SE 2 modelini təqdim edəcək. və cihaz əsasən iPhone 8-ə bənzər olacaq. Cihazın dizaynı ilə bağlı bir görüntünün sızdırılmadığı üçün bu deyilənlərin nə qədər doğru olduğunu bilə bilmərik. 

iPhone SE 2 modeli üçün təxmin olunan parametrləri aşağıdakı kimidir:

  • Prosessor: Apple A13 Bionic
  • Ram: 3 Gb LPDR4X
  • Yaddaş: 64/128 GB
  • Rəng seçimləri: Boz, Qırmızı, Ağ

        Qiymət olaraq isə ilkin parametrlərdə 399 Dollardan satışa çıxması gözlənilir. Qeyd edək ki, SE 2 modeli üçün 5G nəzərdə tutulmaya bilər. Çünki 5G modulunun əlavə edilməsi cihazın qiymətini artıracaq və giriş seqmenti üçün bahalı bir cihaz olacaqdır. 

 



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Redmi K30 Pro-nun bir sıra texniki özəlliyi Geekbench vasitəsilə məlum oldu..

Keçən ilin sonunda satışa çıxmış Redmi K30 smartfonu alıcılar arasında çox məşhurlaşdı. Lakin bir ço..


Apple şirkəti FBI-dan olmuş şikayətlərdən sonra end-to-end şifrələnməsi ideyasın..

Apple şirkəti dəfələrlə cinayətkarların iPhone smartfonlarının blokdan çıxarılmasından imtina etməsi..


Samsung Galaxy S20 seriyası ilə qatlana bilən Galaxy Z Flip-in Avropa qiymətləri..

Bir neçə gün bundan öncə internetdə Galaxy S20 smartfon seriyası ilə qatlana bilən Galaxy Z Flip-in ..


Avropa Birliyi ictimai yerlərdə üz tanıma sistemlərinin istifadəsinə 5 illik qad..

Avropa komissiyası ictimai yerlərdə üz tanıma sistemlərinin tətbiq edilməsi qaydalarına yenidən nəzə..


Microsoft-dan qəribə addım: Daxili WordPad proqramında reklam göstəriləcək..

Microsoft Windows 10-un yeni versiyası üzərində işlərə davam edir. Bu səfər şirkət WordPad proqramın..


Dünyanın ən bahalı ağ-qara şəkil çəkən kamerası: Leica M10 Monochrom

Leica firması kamera sensorları və kameraları ilə məhşur bir firmadır. Bu səfər ağ-qara çəkən Leica ..