
iPhone SE 2-nin dizaynı yeni sızdırılmış məlumatlar ilə təsdiqləndi
Elm & Texnologiya
12.05.2018
Emil
İnternetdə hələ anonsu olmamış
iPhone SE 2 modeli barəsində çoxlu sayda yeni sızdırılmış məlumatlar ortaya
çıxıb. Bu barədə Phonearena saytı xəbər verib. Bir çox müxtəlif mənbələr və o
cümlədən keys istehsalçısı olan Olixar şirkəti təsdiq ediblər ki, ikinci nəsil
iPhone SE iPhone X-dəki kimi çərçivəsiz ekrana sahib olacaq. Mobil cihazlar
üçün aksessuar istehsalı ilə məşğil olan Olixar şirkəti nəinki iPhone SE 2-nin
qoruyucu şüşəsini göstərib, həmdə sızdırılmış məlumatlar əsasında smartfonun
render fotosunu yaradıb.


Daha öncədən də sızdırılmış məlumatlara əsasən yeni
iPhone SE modeli orijinal modelin korpusunun formasını özündə saxlayacaq. Lakin
bununla yanaşı o, iPhone X-dəki kimi tamamilə çərçivəsiz ekranla təchiz
olunacaq və ekranın yuxarı hissəsində çıxıntı olacaq. Həmin çıxıntıda danışıq
üçün səsgücləndirici, kamera və istifadəçi üzünün skan olunması üçün Face ID
sistemi yerləşdiriləcək. Əgər render və aksessuar fotolarını saxtalaşdırmaq
mümkündürsə, real aksessuarların fotolarına inanmamaq bir qədər çətindir. Belə
ki, çinli insayderlər iPhone SE 2-nin ekran modulunun fotosunu paylaşıblar.


“Bu
il iPhone SE 2 modelini gözləməyə dəyərmi” mübahisəsinə məşhur insayder Evan Blass son qoyub. O sadəcə
olaraq öz Twitter hesabında “iPhone SE 2018” yazısının əks olunduğu fotonu
paylaşıb. Beləliklə bu il iPhone SE modelinin ikinci nəslinin təqdimatını gözləməyə
dəyər. iPhone SE 2-nin 4 İyun tarixində Apple tərəfindən keçiriləcək WWDC 2018
tədbirində təqdim olunacağı gözlənilir.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Qatlana bilən Honor Magic V5 təqdim olunub - QİYMƏTİ
