
iPhone SE 2-yə aid ola biləcək fotolar sızdırılıb
Elm & Texnologiya
26.04.2018
Emil
Çinin Weibo saytında iPhone SE 2 modelinin
mümkün ola biləcək fotoları peyda olub. Beləliklə fotolardan da görmək olar ki,
nəzərə çarpan ilk yeniliklərdən biri smartfonun arxa panelinin şüşədən
hazırlanmasıdır. Çox güman ki, bu, naqilsiz şarj texnologiyasının dəstəklənməsi
üçün edilib. Lakin heç istisna deyil ki, şüşədən hazırlanmış arxa panel yalnız
görünüş xarakteri daşıyır.

Kamera və işıqlandırma sistemi həmin yerdə yerləşiblər
və onların ölçüləri dəyişilməz olaraq qalıb. Smartfonun kənar hissələrində isə
alüminium materialdan olan çərçivələr yerləşdirilib. Smartfonun aşağı hissəsində
3.5 mm-lik audiogiriş də var. Bu isə iPhone SE 2 haqqında daha öncədən
sızdırılmış məlumatları təkzib edir. Belə ki, əvvəlki məlumatlara əsasən
smartfon 3.5 mm-lik audiogirişə sahib olmamalıdır.

Həmçinin fotolardan da görmək
olar ki, smartfonun aşağı hissəsində Home düyməsi var. Bu isə o deməkdir ki,
cihaz Touch ID texnologiyasına sahib olacaq. Sızdırılmış fotolardan belə qənaətə
gəlmək olar ki, xərcləri azaltmaq üçün Apple şirkəti əvvəlki dizaynı
saxlayacaq. Lakin onu da nəzərə almaq lazımdır ki, bu fotoların dəqiq olaraq
iPhone SE 2-yə aid olub-olmadıqları bilinmir. Buna görə də sızdırılmış fotolara
bir qədər şübhə ilə yanaşmaq lazımdır.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
