main-post-cover

    iPhone SE (2020)-nin bençmark test nəticələri gözlənildiyindən aşağı olub

    Elm & Texnologiya
    23.04.2020
    Emil Nəcəfov
        İnternetdə iPhone SE (2020) smartfonunun ilk icmal videoları ortaya çıxmağa davam edir. Bu səbəbdən Apple şirkətinin ən ucuz qiymətə satılan smartfon modeli barəsində daha çox məlumat ortaya çıxır. Beləliklə iPhone SE (2020) modelinin müxtəlif bençmark saytlarından performans test nəticələri aşkar edilib. Həmin test nəticələri isə gözləntilər ilə üst-üstə düşmürlər. Bu barədə Mysmartprice saytı xəbər verib.
        Qeyd etmək lazımdır ki, yeni iPhone SE modeli 1334x750 piksel keyfiyyətli ekran, Apple A13 Bionic prosessoru və 3 GB  RAM ilə təchiz olunur. Güman olunurdu ki, onun performans göstəriciləri digər iPhone modelləri səviyyəsində və hətta onlardan daha yüksək olacaq. Lakin iPhone SE (2020) smartfonnu AnTuTu beçmark saytında 492.166 xal toplayıb.
        Bu cür göstərici diqqət çəksə də digər iPhone modellərindən bir qədər aşağıdır. Müqayisə üçün qeyd etmək lazımdır ki, 1792x828 piksel keyfiyyətli ekran, A13 Bionic prosessoru və 4 GB RAM ilə təchiz olunmuş iPhone 11 smartfonu eyni AnTuTu testində 517.400 xal toplayır. Bilinməyən səbəblərə görə iPhone SE (2020) modeli iPhone 11 və iPhone 11 Pro modellərinə çatmasa da, iPhone XS Max-ı performans baxımından geridə qoyur.
    Linki kopyala