main-post-cover

    iPhone SE Plus barəsində yeni məlumatlar verildi

    Elm & Texnologiya
    22.04.2020
    Emil Nəcəfov
        Dünən məşhur amerikalı insayder Jon Prosser bildirmişdi ki, Apple şirkəti iPhone SE (2020) smartfon modelinin Plus versiyasını satışa çıxaracaq. İndi isə onun sözlərini məşhur analitik Ming-Chi Kuo təsdiqləyib. Bu barədə Macrumors saytı xəbər verib. Ming-Chi Kuo qeyd edib ki, Apple şirkəti yeni iPhone SE modelinin Plus versiyası üzərində çalışır, lakin onu gələn il təqdim edəcək.
        iPhone SE Plus modelinin gələn il təqdim olunacağı məlumatını öz növbəsində Jon Prosser da təsdiqləyib. Ming-Chi Kuo bildirib ki, Apple şirkəti iPhone SE Plus modelinin təqdimatını 2021-ci ilin birinci yarısına təxirə salıb. Məlumata əsasən Plus versiya A13 Bionic prosessoru vasitəsilə çalışacaq. Bundan əlavə olaraq smartfon 5.5 düym və ya 6.1 düym ekran ilə təchiz olunacaq.
        Plus versiyada Face ID texologiyası olmayacaq. Bunun yerinə o, fiziki Home düyməsinə inteqrasiya edilmiş Touch ID texnologiyasını əldə edəcək. Bu səbəbdən iPhone SE Plus ekranı üzərindəki çıxıntı hissə kiçik ölçüdə olacaq. Həmin çıxıntı hissədə isə danışıq üçün səsgücləndirici, ön kamera və mikrofon yerləşdiriləcək. iPhone SE Plus-ın hansı qiymətə satılacağı bilinmir. Sadəcə güman etmək olar ki, onun qiyməti 500$ aralığında olacaq.
    Linki kopyala