main-post-cover

    iPhone-un ən simvolik xüsusiyyəti iPhone 8-də olmaya bilər

    Elm & Texnologiya
    01.08.2017
    Aynar Məmmədzadə
    iPhone 8-in təqdimatı yaxınlaşdıqca smartfon haqqında məlumatlar da çoxalmağa başlayır. Apple-la əlaqəsi olan bir neçə developer son günlərdə iPhone 8-lə bağlı məlumatlar paylaşıblar.
    Bu məlumatlarda yeni iPhone-un simvolik home düyməsinin bezelsiz olacağı deyilir. Nəticədə ekran bütövlükdə düymələrdən azad olacaq və home ancaq lazım olan zaman virtual olaraq ekrana gələcək. Amma videolara baxarkən və tətbiqlərdən istifadə zamanı home düyməsi ekranda yer tutmayacaq.
    Eyni zamanda iPhone 8-lə gələn yeni bir xüsusiyyət də sensorların istifadəçinin üzünü daim izləməsidir. Bu xüsusiyyətin köməyilə telefon istifadəçinin əlində və ya çox yaxınında olarkən bildiriş göndərməyəcək.
    iPhone 8-lə birlikdə üz tanıma sistemidə yenilənəcək. Artıq üz tanıma kilidi qoyan istifadəçiləri iPhone qaranlıqda belə tanıyacaq. 
    Linki kopyala