
iPhone-un ən simvolik xüsusiyyəti iPhone 8-də olmaya bilər
Elm & Texnologiya
01.08.2017
Aynar
iPhone 8-in təqdimatı yaxınlaşdıqca smartfon haqqında məlumatlar
da çoxalmağa başlayır. Apple-la əlaqəsi olan bir neçə developer son günlərdə
iPhone 8-lə bağlı məlumatlar paylaşıblar.
Bu məlumatlarda yeni iPhone-un simvolik home düyməsinin
bezelsiz olacağı deyilir. Nəticədə ekran bütövlükdə düymələrdən azad olacaq və
home ancaq lazım olan zaman virtual olaraq ekrana gələcək. Amma videolara
baxarkən və tətbiqlərdən istifadə zamanı home düyməsi ekranda yer tutmayacaq.
Eyni zamanda iPhone 8-lə gələn yeni bir xüsusiyyət də sensorların
istifadəçinin üzünü daim izləməsidir. Bu xüsusiyyətin köməyilə telefon istifadəçinin
əlində və ya çox yaxınında olarkən bildiriş göndərməyəcək.
iPhone 8-lə birlikdə üz tanıma sistemidə yenilənəcək. Artıq
üz tanıma kilidi qoyan istifadəçiləri iPhone qaranlıqda belə tanıyacaq.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Honor X70-in 4 gövdə rəngində fotoları təqdim edilib
