
Bloomberg saytının mənbələrinin məlumatlarına əsasən öz flaqman modellərinin amerikalılara artıq 2018-ci ildə satışına başlamaq üçün “Huawei” və “Xiaomi” şirkətləri Amerikanın “AT&T” və “Verizon” kimi nəhəng mobil rabitə operatorları ilə danışıqlar aparır.
ABŞ-ın mobil telefon bazarı operatorlar üzərində qurulub. Bu isə o deməkdir ki, ABŞ-da insanlar mobil telefonları əsasən operatorlardan alırlar. Bu zaman isə onlar mobil operatorların təqdim etdikləri rabitə xidmətləri üzrə müqavilə bağlayır və ya sahib olduqları müqavilənin vaxtını uzadırlar. ABŞ-ın smartfon istehsalı üzrə aparıcı şirkəti olan “Apple” mobil operatorların öz müştərilərinə iPhone modellərinin alışını subsidiyalaşdırılması xidmətini verməklə faktiki olaraq bu şirkəti digərləri ilə rəqabətdən azad etmişdi.
İndi isə ABŞ-da iPhone modelləri 2 illik kreditlə
satılır. Bu isə heç bir subsidiyanın olmaması deməkdir. Belə bir vaxtda səhnəyə
digər oyunçular çıxmalıdırlar. 1000$-lıq iPhone və ya Galaxy seriyasının
hansısa flaqman modeli əvəzinə çinli istehsalçılar amerikalılara öz
variantlarını təklif edə bilərlər. Lakin bunun üçün ilk öncə “AT&T” və “Verizon”
kimi nəhəng mobil rabitə operatorları ilə razılığa gəlmək lazımdır.
Amerikalıların özləri də digər təmsilçilər ilə çalışmaqdan heç də imtina etmirlər.
Əsasən də çinli təmsilçilər ilə. Məsələn “Verizon” həmçinin Google Pixel 2-ni, “Sprint” Essential Phone
smartfonunu, “AT&T”
isə ZTE Axon M modelini satır.
Şərh yoxdur