main-post-cover

    Iphone X'a oxşar dizaynla Oppo F7 26 mart tarixində Hindistanda təqdim olunacaq

    11.03.2018
    Farid Pardashunas
        OPPO şirkəti keçən ilin noyabr ayında əsasən özçəkim üçün hesablanmış F seriyasının ilk nümayəndəsi olan F5 -i Hindistanda satışa çıxarmışdı.
         Dünən şirkət, 26 mart tarixində F seriyasının daha bir üzvünü, OPPO F7-ni təqdim edəcəyini bildirdi. Bundan əlavə, şirkət ayın sonlarında, başlanğıcda Çin üçün nəzərdə tutduğu OPPO R15 adlı çox qısa çərçivə ilə bütöv ekran görüntüsünü təmin etdiyi telefonunu da təqdim edəcək.
        Şirkət rəsmi olaraq F7 modelinin xüsusiyyətlərini açıqlamamışdı, amma, Twitter hesabında yayımladığı son xəbərdə telefonun ön hissəsinin 89.09% ekrandan ibarət olacağını, ekranın isə 6.2 inç Full HD / 19:9 keyfiyyətə və ölçüyə sahib olacağını bildirdi.
        Cihazın ön kamerası 25 meqapiksellə və özçəkim keyfiyyətini artıran AI funksiyası ilə gəlir. Bəyənatda bildirilib ki, Oppo F7 4/6 GB RAM64 GB daxili yaddaşla təchiz olunub. Yaddaş mikroSD ilə daha da çoxaldılacaq.
        Telefonun alt qismində 3.5 mm-lik qulaqcıq yuvası var. Smartfon barədə digər məlumatları rəsmi olaraq əldə etdiyimi zaman sizlərlə bölüşəcəyik.

    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər