
iPhone X-ə əlavə edilmiş 8 Android özəlliyi (VİDEO)
Elm & Texnologiya
13.09.2017
Emil
Son illərdə “Apple”, aktiv şəkildə digər cihazların
funksiyalarını öz smartfonunda tətbiq edir. Dünən iPhone X-in təqdimatı zamanı
şirkət bildirdi ki, bu cihaz, gələcək dövrün smartfonunu əks etdirir. Şirkətin
keçmiş model iPhone-ları ilə müqayisədə iPhone X, innovasiyalı görünür. Lakin
digər cihaz istifadəçilərini, iPhone X, özünün innovasiyaları ilə təəccübləndirə
bilmədi. İndi isə gəlin baxaq ki, iPhone X, digər cihazlardan hansı funksiyaları
özündə birləşdirib.
Naqilsiz şarj sistemi:
İnternetdə şaiyələr gəzirdi ki, iPhone X, Wi-Fi vasitəsilə və
ya heç olmasa şarj cihazından bir qədər uzaq məsafə sayəsində enerji yığa biləcək.
Reallıqda isə “Apple”, hamıya çoxdan məlum olan standart Qi standartlı naqilsiz
şarj sistemindən istifadə etdi. LG Revolution adlı smartfonda bu cür özəllik hələ
2011-ci ildə var idi.
Sürətli şarj özəliyi:
Yalnız bu il şirkət öz smartfonlarında sürətli enerji yığma
özəlliyini reallaşdırdı. Şirkətin məlumatına əsasən iPhone X, 30 dəqiqə ərzində
50% enerji yığma qabiliyyətinə sahibdir. Lakin 2013-cü ildə “Qualcomm” şirkəti,
Quick Charge 1.0-ı təqdim edəndən sonra bir çox Android smartfonlar, artıq bu
funksiyaya sahib idilər. Bundan əlavə olaraq bu müddət ərzində sürətli enerji
yığma prosesi daha da inkişaf etdi. Belə ki, Quick Charge 4.0 sayəsində
smartfon, 50% enerjini, 15 dəqiqə ərzində yığır. İlin əvvəlində “Meizu” tərəfindən
təqdim olunmuş Super mCherge texnologiyası isə 100% enerjini, 20 dəqiqə ərzində
yığmağa imkan verir.
Çərçivəsiz dizayn:

iPhone X-in əsas özəlliklərindən biri də onun, çərçivəsiz
ekrana sahib olmasıdır. Bu baxımdan “Apple”ın cihazı, digərlərindən fərqlənir və
onu hansısa başqa bir smartfonla səhv salmaq mümkün deyil. Lakin bu cür
cihazlar, bazarda uzun müddətdir ki, var. Məsələn, 2014-cü ildə hər üç tərəfdən
çərçivəsiz olan Sharp Aquos Crystal smartfonu satışa çıxmışdı.
OLED ekran:

iPhone X-də olan əsas yeniliklərdən biri də smartfonun, diod
işıqlı texnologiya üzrə hazırlanmış ekrana sahib olmasıdır. “Apple” üçün bu,
yeni texnologiya olsa da, hətta büdcəli Android smartfonlar belə, bu ekranla təchiz
olunurlar. “Samsung” özü 2009-cu ildə 3.2 inç AMOLED ekrana sahib ilk Galaxy
modelini təqdim etmişdi.
HDR kontentin əks olunması:

Günümüzdə daha çox kontent, HDR dəstəyi ilə təqdim olunur. Netflix,
Amazon Prime və s. kimi canlı axın servisləri, artıq bu standartın dəstəyini
reallaşdırıblar. Galaxy S8, Galaxy S8 Plus, Galaxy Note 8, LG V30, Xperia XZPremium, Pixel və Pixel XL kimi modellərin istifadəçiləri isə HDR kontentdən istifadə
etmək imkanını, iPhone istifadəçilərdən daha öncə alıblar.
İstifadəçi üzünün skanı vasitəsilə smartfonun blockdan
çıxarılması:
iPhone X-də barmaq izi skanı texnologiyasında tamamilə
imtina edilib. Onun yerinə istifadəçi üzünün təyinini reallaşdıran Face ID
texnologiyası gəlib. “Apple”, təqdimat çərçivəsində bu texnologiyanın necə
çalışdığı barəsində çox danışdı. Lakin bu funksiya, Android 4.0 Ice Cream Sandwich əməliyyat
sistemi dövründə olan smartfonlarda mövcud idi. Düzü Android smartfonlar yalnız
istifadəçi üzünün fotosunu müqayisə edirlər və bu təhlükəsizlik sistemindən
yan keçmək çox asandır. Face ID, isə neyron şəbəkəsi vasitəsilə istifadəçi
üzünün unikal 3D modelini yaradır. Beləliklə bu texnologiyanı, istifadəçi
üzünün əks olunduğu foto ilə aldatmaq mümkün deyil.
Artırılmış reallıq:

Şirkət həmçinin təqdimat vaxtı, artırılmış reallıq
texnologiyasına da bir xeyli vaxt ayırdı. Lakin “Google” şirkəti bu istiqamətdə
bir neçə ildir ki, çalışır və hətta Tango AR platforması əsasında bir sıra
cihazları da təqdim etmişdi. 2016-cı ildə isə Tango AR platformasını dəstəkləyən
Lenovo Phab 2 Pro smartfonu təqdim olunmuşdu.
İkiqat optik zoom özəllikli ikili arxa kamera:

iPhone X, 12 MP-lik ikili arxa kamera ilə təchiz olunub. Hər
iki kamera da optik stabilizasiya sisteminə sahibdir. Bunun sayəsində ikinci
obyektiv vasitəsilə yüksək keyfiyyətli fotolar çəkmək mümkündür. “Samsung”, bu
cür funksiyanı, keçən ay Galaxy Note 8-də təqdim etmişdi.
Bu ilk hal deyil ki, “Apple”, digər istehsalçıların
texnologiyalarını öz məhsulunda tətbiq edir. Lakin məhz bu şirkət, həmin
texnologiyaların istifadəsini irimiqyaslı edir. Misal olaraq barmaq izi skanı
texnologiyasını gətirmək olar. Artırılmış reallıq texnologiyası, “Apple”dan öncə
də var idi. Lakin şirkətin ARKit platforması (artırılmış reallıq tətbiqlərinin
hazırlanması üçün platforma) sayəsində tərtibatçılar bu istiqamətdə
maraqlanmağa başladılar.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Süni zəka qlobal pandemiya riskini artıra bilər
