iPhone X-in Face ID texnologiyasının çalışmaması və digər şirkət təqdimatlarındakı uğursuz vəziyyətlər (VİDEO)

iPhone X-in Face ID texnologiyasının çalışmaması və digər şirkət təqdimatlarındakı uğursuz vəziyyətlər (VİDEO)

Texnologiya
17.09.2017 PAYLAŞIM

iPhone X-in təqdimatı çərçivəsində cihaz ilə baş vermiş kiçik uğursuzluq, son günlər internetdə ən çox müzakirə olunan mövzulardan biri oldu. Belə ki, həmin təqdimat zamanı smartfonun əsas özəlliklərindən biri olan Face ID texnologiyası, işə düşmədi. Əslində isə bu, şirkət təqdimatlarında baş vermiş ilk uğursuz hal deyil. Bu cür hadisələr ilə “Microsoft”, “Volvo”, “Samsung” və s. kimi şirkətlər də qarşılaşıblar. Biz isə sizlərə şirkət təqdimatları zamanı baş vermiş ən maraqlı uğursuz anları təqdim edirik.

iPhone X-də işə düşməyən Face ID texnologiyası:


Təqdimat zamanı smartfonun işini sərgiləmək üçün iPhone X-i, əlinə götürmüş Craig Federighi bildirmişdi ki, cihazı blockdan çıxartmaq, ona baxmaq qədər asandır. Lakin blockdan çıxma əvəzinə smartfonun ekranında PIN şifrənin doldurulması sahəsi peyda oldu. Craig yenidən smartfonu, blockdan çıxartmağa cəhd etdi və onda alındı.


iPhone 4-də yoxa çıxmış şəbəkə:

iPhone X ilə baş vermiş hadisə, Apple tarixində bir ilk deyil. Belə ki, 2010-cu ildəki təqdimat zamanı Steve Jobs, bütün cəhdlərə baxmayaraq iPhone 4-dəki Safari brauzerində The New York Times saytının səhifəsini yükləyə bilməmişdi. Sonradan isə məlum olmuşdu ki, Wi-Fi şəbəkəsi, çoxlu sayda cihazın qoşulması nəticəsində yüklənməyə dözə bilməmişdi.

Donmuş Microfot Surface:

5 il bundan öncə orijinal Microfot Surface planşetinin təqdimatı zamanı, cihaz, şirkətin meneceri Steven Sinofsky-nin əlində donmuşdu. O, planşetin özəlliklərini sərgiləməyə çalışırdı. Lakin cihaz, əl ilə toxunuşlara heç bir reaksiya vermirdi. Şirkət təmsilçisi, təqdimatı davam etdirmək üçün ehtiyyatda olan planşetdən istifadə etməli olmuşdu.

“Samsung”un təqdimatından qaçmış rejissor Michael Bay:

2014-cü ildə Las Veqasa keçirilmiş CES tədbiri çərçivəsində “Samsung” şirkəti, əyilmiş ekrana sahib yei televizoru təqdim etmişdi. Həmin təqdimata məşhur rejissor Michael Bay (Transformers film seriyası) dəvət olunmuşdu. Onun nitqi zamanı, rejissorun, mətni oxuduğu ekran çalışmaz vəziyyətə düşdü. Bu halda o öz çıxışına davam edə bilmədiyi üçün səhnədən qaçmışdı.

Volvo avtomobilinin işə düşməyən tormoz sistemi:

2010-cu ildə Volvo şirkəti, S60 adlı modeldə avtomatlaşdırılmış tormoz sistemini sərgiləmək istəyirdi. Lakin nəticədə avtomobil, yük maşını ilə qəzaya uğramışdı.

Həmin hadisədə xəsarət alan olmasa da, 2015-ci ildəki hadisə elə də qənaətbəxş olmadı. Belə ki, həmin təqdimatda şirkət, jurnalistlərə XC60 modelinin, Self-parking Assist sistemi vasitəsilə avtomatik park etmə üsulunu sərgiləmək istədir. Nəticədə avtomobil sürət yığaraq iki nəfəri vurdu.

“Boston Dynamics”in "içkili" robotu:

Bu ilin İyun ayının sonunda, elmin gələcək iderləri konqresində Boston Dynamics şirkəti öz robotlarının özəlliklərinin təqdimatını aparmışdı. Təqdimat ərzində Atlas adlı robot bütün tapşırıqları yerinə yetirdi. Lakin təqdimatın sonunda o, səhnədən aşağı yıxıldı. Sonradan məlum oldu ki, təqdimatın sonunda Atlas üzrəində idarəetməni operator öz üzərinə götürmüşdü. Lakin robotu səhnəyə çıxaran zaman o, bilmədən projektora toxunmuşdu.

Windows 98-də göy rəngli ölüm ekranı:

Comdex adlı tədbirdə Windows 98-in USB plug and play funskiyasını sərgiləmək istəyən Bill Gates, kompüterə skaner qoşmuşdu. Lakin bundan sonra sistemdə hansısa nasazlıq yaranmış və hamı o məşhur BSOD adlı (başqa sözlə göy rəngli ölüm ekranı) problemi görmüşdü. Bill həmin vaxtda hətta zarafat da etmişdi ki, məhz bu problemə görə Windows 98 hələ satışa çıxmayıb.

Ana yerinə xala:

Daha bir uğursuz hal, Windows Vista-nın, nitqi təyin etmə funksiyasını sərgiləyən zaman baş vermişdi. Həmin vaxtda sistem, ilk sətrdən etibarən “ana” sözünün yerinə “xala” sözünü yazmışdı. Bu isə öz növbəsində jurnalistlərin gülüşünə səbəb olmuşdu. Daha sonra bir sıra səhvlər də baş verdi. Şirkət təmsilçisi isə mətni pozmaq istəyən zaman, sistem, əmrləri çap etməyə başladı. Bu zaman isə zal, gülüş səsləri ilə əhatə olundu.

Buna oxşar hadisə, 2015-ci ildə də baş vermişdi. Belə ki, DreamForce adlı tədbirdə səsli köməkçi Cortana, şirkətin CEO-su Satya Nadella-nın sorğularını bir neçə dəfə yerinə yetirə bilməmişdi.


Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Nəyə görə Qualcomm yeni prosessorunu Snapdragon 875 deyil Snapdragon 888 adlandı..

Son illər ərzində biz öyrəşmişik ki, Qualcomm-un flaqman Snapdragon prosessorları 8x5 kimi adlandırı..


Performanslı nüvə, 5G modem, güclü süni zəka çipi : Snapdragon 888-in texniki öz..

Dünən Qualcomm şirkəti 1 dekabr tarixində təqdim edilmiş Snapdragon 888 flaqman mobil prosessorunun ..


Qualcomm şirkəti 5 nanometrlik Snapdragon 888 prosessorunu anons edib

Dünən Qualcomm tərəfindən keçirilmiş Tech Summit Digital 2020 tədbirinin ilk günündə şirkət Snapdrag..


Tədqiqatçılar internetdə qeydiyyatdan keçmiş domenlərin say statistikasını təqdi..

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign..


Gələn ildən smartfonların qutularında cihazların təmir olunma mümkünlüyü reytinq..

Zəmanət müddətinin bitməsindən sonra smartfonun təmir olunması prosesi bir sıra qəliz nüanslardan ib..


Snapdragon 875 və Snapdragon 775G prosessorlarının bençmark performansları təqdi..

Artıq sabah Qualcomm şirkəti özünün Snapdragon Tech Summit 2020 tədbirini keçirdəcək.

×