
iPhone X-in hissələrə ayrılması haqqında video təqdim olunub
Elm & Texnologiya
03.11.2017
Emil
Bugündən etibarən iPhone X smartfonu rəsmi olaraq satışa çıxdı və onun tam olaraq hissələrə ayrılması haqqında videolar da internetdə öz əksini tapdı.
Bu dəfə smartfonu hissələrə ayıran
iFixit mütəxəssisləri deyil, çinli mütəxəssislər oldu. iPhone X-in
konstruksiyası keçmiş modellərdən o qədər də fərqlənmir. Smartfonun ənənəvi
olaraq hissələrə ayrılması prosesi ekranın korpusdan çıxarılması ilə başlayır.
Ekanı korpusdan ayıran zaman çox ehtiyyatlı olmaq lazımdır. Belə ki, o, sağ tərəfdən
sistem platasına birləşdirilib. Ekranın ayrılmasından sonra nəzərə çarpan ilk
şey batareyanın qeyri-adi konstruksiyasıdır.
Belə ki, iPhone X-də o, ənənəvi
monolit əvəzinə ikilidir. Lakin onun həcmi kiçikdir. Çox güman ki, bu cür
konstruktiv qərar, cihazın korpusunun daxilindəki boş yerdən daha effektiv
istifadə üçün verilib. iPhone X-in daxilində daha fərqləndirici özəllik isə
onun kiçik ana plataya sahib olmasıdır. Qeyd etmək lazımdır ki, yaxın zamanda
internetdə sözügedən smartfonun hissələrə ayrılması haqqında daha keyfiyyətli
videolar ortaya çıxmalıdır.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
