
iPhone X-in ilk dözümlülük testi keçirildi (VİDEO)
Elm & Texnologiya
05.11.2017
Emil
iPhone X-in yenicə satışa çıxmasına baxmayaraq artıq bir çoxları onun dözümlülük qabiliyyətini yoxlayırlar.
EverythingApplePro adlı YouTube
bloggeri bu cür testi keçirdən ilk şəxslərdən biri olub və hətta onu iPhone
X-in bahalı təmir qiymətləri də qorxutmayıb. Dözümlülük testində müqayisə üçün
o, iPhone 8-dən istifadə edib. İlk öncə hər iki smartfon qoruyucu keysdə beton
səthə atılıb. Bu testdən hər iki smartfon da uğurla keçib. Daha sonra həmin
test qoruyucu keys olmadan 1 metr hündürlükdən edilib. Bu halda da smartfonlar
zədələnməyiblər.
Yəni yeni iPhone modellərinin şalvarınızın cibindən yerə düşməsi
barədə narahat olmağa dəyməz. Lakin insan boyunun hündürlüyündən düşmə zamanı
iPhone 8 dözməyib. Bu zaman arxa paneldəki şüşədə çatlar yaranıb. Smartfon həmçinin
kənarı üstə düşmə testindən də keçə bilməyib. iPhone X isə bu testlərdə təəccübləndirib.
Belə ki, o, insan boyu hündürlüyündən, kənarı və ekranı üstə düşmə testlərindən
keçə bilib. Lakin testlərdən keçməsinə baxmayaraq iPhone X-in iş prosesində bəzi
problemlər yaranıb. Belə ki, Face ID sensorları çalışmayıb və o texnologiya sayəsində
smartfonu blockdan çıxartmaq mümkün olmayıb.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

James Webb öz ilk ekzoplanetini kəşf edib və onun fotosunu çəkib
