
iPhone Xs'i ilk dəfə hissələrə ayırdılar (VİDEO)
Elm & Texnologiya
20.09.2018
Emil
12 Sentyabr tarixində Apple şirkəti iPhone Xs, Xs Max və Xr
smartfon modellərini təqdim etmişdi. Sözügedən smartfonlar hələ satışa
çıxmayıblar. Lakin internetdə artıq iPhone Xs modelinin hissələrə ayrılması barəsində
ilk video yayılıb. FixjeiPhone adlı YouTube kanalının müəllifləri iPhone Xs
modelini hissələrə ayıraraq onun əsas özəlliklərini araşdırıblar.
Beləliklə məlum
olub ki, smartfonun ekranını korpusdan ayırmaq daha da çətinləşib. Belə ki,
smartfonun yığılmasında çoxlu miqdarda kleydən istifadə olunub. Böyük miqdarda
kleydən istifadənin əsas səbəbi isə iPhone Xs-in IP68 standartı üzrə sudan və
tozdan qorunma özəlliyinə sahib olmasıdır.
Qeyd etmək lazımdır ki, iPhone X
IP67 standartı üzrə sudan və tozdan qorunma özəlliyini özündə birləşdirir.
Apple şirkətinin verdiyi məlumata əsasən iPhone Xs 1.5 metr su dərinliyində 30
dəqiqəyə kimi qala bilər. iPhone Xs-i keçən ilki iPhone-dan fərqləndirən daha
bir özəllik isə batareya həcmindədir. Belə ki, yeni model 2658 mAh enerji
tutumlu batareya ilə təchiz olunub.

Keçən ilki iPhone X isə 2716 mAh enerji
tutumlu batareyaya sahibdir. Bununla yanaşı Apple qeyd edir ki, iPhone Xs
modeli iPhone X-dən 30 dəqiqə daha çox çalışa bilir. Çox güman ki, bu, A12
Bionic prosessorunun imkanları sayəsində mümkün olub. Bundan əlavə olaraq
iPhone X-in L şəkilli batareyası iki blokdan ibarət idisə, iPhone Xs modelinin
L şəkilli batareyası tam şəkildə istehsal olunur. Qalan bütün komponentlərə görə
isə iPhone Xs keçən ilki iPhone X-dən çox az fərqlənir. Qeyd etmək lazımdır ki,
iPhone Xs ilə Xs Max modellərinin satışlarına sabah start veriləcək.

Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Samsung Galaxy Z Fold 7, Z Flip 7 və Z Flip 7 FE təqdim olunub - QİYMƏTİ
