main-post-cover

    İran hökuməti bitcoin mayninqini müəyyən müddətlik qadağan edib

    Elm & Texnologiya
    27.05.2021
    Farid Pardashunas
        İran hökuməti bitcoin mayninqini müəyyən müddətlik qadağan edib. İran prezidenti Həsən Ruhani-nin sözlərinə əsasən bu qərar elektrik enerjisinin çatışmazlığı səbəbilə qəbul edilib. Belə ki, bitcoin mayninqi nəticəsində böyük şəhərlərdə elektrik enerjisinin kəsintisi problemi yaşanır. Bu barədə Reuters saytı xəbər verib. Arab News saytının verdiyi məlumatda qeyd edilib ki, 18 iyun tarixində baş tutacaq prezident seçkiləri öncəsi etirazların qarşısını almaq üçün İran hökuməti bitcoin mayninqini 22 sentyabra qədər qadağan edib.
        İranlılar elektrik enerjisinin tez-tez kəsilməsi səbəbilə hökuməti tənqid etməyə başlayıblar. Prezident bildirib ki, elektrikin tez-tez kəsilməsi kriptovalyuta mayninqi üçün elektrik enerjisinə olan yüksək tələbat ilə bağlıdır. Blockchain analitiklər aşkar ediblər ki, bütün dünya üzrə kriptovalyuta mayninqinin 4.5%-i məhz İranın üzərinə düşür. Bu ölkənin yerli maynerləri ildə təqribi olaraq 600 meqavatt elektrik enerjisindən istifadə edirlər. Qeyd etmək lazımdır ki, elektrik enerjisinin istehsalı üçün İran neftdən istifadə edir. Bu isə öz növbəsində ölkəyə ABŞ sanksiyalarından yan keçməyə və ildə 1 milyard dollar gəlir əldə etməyə yardımçı olur.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər