Logo
    main-post-cover

    İranın 'kvant prosessoru'-nun Amazon-da 700 avroya satılan adi ana plata olduğu məlum olub

        Keçən həftə İran Silahlı Qüvvələrinin koordinatorunun müavini general-mayor Həbibullah Səyyari bildirmişdi ki, ölkə müasir texnologiyalar sahəsində ciddi nailiyyətlər əldə edib. O həmçinin bildirmişdi ki, yeni nəsil silahların əsaslarını kvant hesablamaları təşkil edəcəklər və onlar sabahkı günün təhlükələrinə qarşı mübarizə aparmağa imkan verəcəklər. Bununla yanaşı general-mayor həmçinin bir ana platanı da sərgiləyərək onun kvant prosessoru olduğunu iddia edib.
        Məlum olub ki, general-mayor tərəfindən sərgilənmiş ana plata tərtibatçılar üçün nəzərdə tutulmuş və Amazon-da 700 avro qiymətinə satılan Arm platadır. İranın Novşəhr adlı şəhərində ölkənin Hərbi Dəniz Qüvvələrinə məxsus Dəniz Universitetində çıxış edən zaman Həbibullah Səyyari suüstü gəmilərin aşkar edilməsi zamanı naviqasiya nasazlıqlarını aradan qaldırmaq üçün kvant alqoritmlərindən istifadə etməyə imkan verən yeni məhsulu sərgiləyib. Bununla belə sərgilənmiş məhsul yaxından-uzaqdan kvant prosessoruna bənzəmir.
        Məhsulun fotosuna baxan zaman aydın şəkildə görmək olar ki, bu sadəcə olaraq ana platadır. Daha sonra məlum olub ki, bu ana plata ABŞ-ın Diligent şirkəti tərəfindən hazırlanıb və istehsal edilib. Onun Amazon-da qiyməti isə 700 avro təşkil edir. Platanın üzərində isə kvant prosessoru əvəzinə 2 ədəd Arm Cortex-A9 nüvəsinə sahib aşağı güclü adi prosessor quraşdırılıb. Bununla yanaşı plata özündə 256 MB daxili yaddaş həcmini və DDR3 standartlı 512 MB RAM-ı birləşdirir.
    Paylaş
    Bənzər xəbərlər