İrlandiya 2030-cu ilə kimi daxili yanacaq mühərrikli avtomobillərdən imtina edəcək

İrlandiya 2030-cu ilə kimi daxili yanacaq mühərrikli avtomobillərdən imtina edəcək

Texnologiya
19.06.2019 PAYLAŞIM

    Elektromobillərə keçid iqlim neytrallığının əldə olunması planının vacib hissəsidir. Bununla yanaşı İrlandiya bərpa olunan enerji mənbələri sahəsini inkişaf etdirəcək və zibil tullantıları ilə mübarizə aparacaq. Bu barədə Hightech.plus saytı xəbər verib. Beləliklə İrlandiya hökuməti elan edib ki, o, 2030-cu ilə kimi benzin və dizel mühərrikli yeni avomobillərin satışını qadağan edəcək. Həmin vaxta kimi ölkədə 950.000 ədəd yeni elektromobil və elektromobillər üçün şarj stansiyaları istifadəyə verilməlidir.

    Daxili yanacaq mühərrikli atomobillərdən imtina edilməsi “İqlim sahəsi üzrə fəaliyyət planı”nın vacib hissəsidir. Həmin plan həmçinin özündə biznes, tikinti, nəqliyyat vasitələri, kənd təsərrüfatı və tullantıların yönəldilməsi sahələrinə aid 180 tədbiri özündə birləşdirir. Əsasən İrlandiya 2030-cu ilə kimi elektroenerjinin və bərpa olunan mənbələrin payını 70%-ə kimi yüksəltməyi, 2050-ci ilə kimi isə iqlim üzrə neytral ölkə olmağı planlaşdırır.

    Sözügedən planda təkcə iqlim tədbirləri deyil həm də plastik tullantılar kimi emal olunması qəliz olan digər tullantı növləri ilə mübarizə məsələləri də müzakirə olunub. İrlandiyanın baş naziri Leo Varadkar-ın sözlərinə əsasən sözügedən layihənin əsas məqsədi aşağı karbon qazlı və dözümlü iqlimə sahib gələcəyin yaradılması yolunda insanlara və biznesə təkan verməkdir. Bir neçə müddət bundan öncə İrlandiya parlamenti qazıntı yanacaq sahəsiə dövlət investisiyalarının cəlb olunmasından imtinaya səs vermişdi.



SİZƏ MARAQLI OLACAQ BİR NEÇƏ MƏLUMAT


Mazda şirkəti MX-30 adlı ilk elektromobilini təqdim etdi (VİDEO)

Tokioda keçirilmiş avtomobil sərgisi çərçivəsində Mazda şirkəti özünün ilk elektromobil modelini təq..


Huawei şirkəti qatlana bilən Mate X'in satış tarixini və qiymətini elan etdi..

Huawei şirkəti öz ilk qatlana bilən smartfon modeli Mate X-i hələ bu ilin fevral ayında təqdim etmiş..


Huawei şirkəti Google servislərinin alternativlərinin axtarışındadır

ABŞ hökuməti tərəfindən təyin edilmiş sanksiyalar səbəbilə Huawei Mate 30 və Mate 30 Pro smartfon mo..


Samsung şirkətinin AR eynəyinin patent fotosu ortaya çıxdı

İnternetdə Samsung şirkətinin AR eynəyinin patenti ortaya çıxıb. Həmin patentdə şirkətin AR eynəyini..


NASA agentliyi Marsa ilk astronavtların nə zaman göndəriləcəyini elan etdi

Bir neçə gün bundan öncə NASA agentliyi Ay və Mars üçün nəzərdə tutulmuş yeni kosmik skafandr modell..


Redmi Note 8T'nin keyfiyyətli render fotoları təqdim olundu

Dünən biz xəbər vermişdik ki, təkzib edilmiş məlumatlara baxmayaraq Xiaomi şirkəti Redmi Note 8T sma..