
Iron Man-dən ilhamlanan və iflic insanların yerimələrinə imkan verən geyilə bilən bir robot hazırlanıb!
Elm & Texnologiya
24.12.2024
Aslan
Cənubi Koreyadan olan alimlər iflic olmuş insanların yerimələrini təmin edən geyilə bilən bir robot hazırlayıblar. Bu robot, Iron Man-dən ilhamlanaraq inkişaf etdirilib.
Koreya Qabaqcıl Elm və Texnologiya İnstitutunun (KAIST) tədqiqat qrupu, fiziki məhdudiyyətli insanların gündəlik həyatlarına problemsiz şəkildə inteqrasiya olunmasını və onlara hərəkət qabiliyyəti qazandırmağı məqsəd qoyub. Bu məqsədlə də onurğa beyni iflicindən əziyyət çəkən insanlar üçün bu robotu hazırlayıblar.

Hazırlanan robot elm-fantastika filmlərindən çıxmış kimi görünür. WalkOn Suit F1 adlanan bu xarici skelet, alüminium və titan materialından hazırlanıb və 50 kiloqram ağırlığı ilə kifayət qədər yüngüldür. Onun 12 elektron mühərriki insan oynaqlarının hərəkətini simulyasiya edə bilir. Bundan əlavə, ayaqaltı və gövdəsində saniyədə 1000 siqnalı izləyə bilən və istifadəçinin hərəkətlərini əvvəlcədən təxmin edərək ona kömək edən sensorlar mövcuddur.
Tədqiqat qrupundan Park Jeong-su bu cihazı hazırlayarkən Iron Man-dən ilham aldıqlarını bildirib. O, filmi izlədikdən sonra gerçək həyatda bir robotla insanlara kömək etməyin möhtəşəm bir şey olacağını düşünüb və bu robotu hazırlayıb. Robotun Iron Man ilə yanaşı, Tom Cruise-un məşhur Elm-Fantastika filmi "Edge of Tomorrow"dakı geyilə bilən robotlara da bənzədiyini deyə bilərik. İflic olmuş insanların yeriməsini, maneələri aşmalarını və pilləkənləri qalxmalarını təmin edən WalkOn Suit F1 artıq istifadə edilməyə başlanıb. Ümid edirik ki, gələcəkdə daha geniş yayılacaq və bu insanlara həqiqətən də ümid verəcək.
Paylaş
Ən çox oxunanlar

Samsung Galaxy F56 smartfonu təqdim edilib - QİYMƏTİ
