
Nyu York şəhərinin təhsil departamentinin əməkdaşı Vladimir İlyaev, iş kompüterində bitcoin miningi ilə məşğul olduğu üçün cərimələnib.
Təqdim olunmuş sənəddə Vladimir (departamentin sistem
administratoru) etiraf edib ki, o, 2014-cü ilin Mart-Aprel aylarında şəhərin
elektrik enerjisindən istifadə edərək bitcoin miningi ilə məşğul olub.
İlyaev-in sözlərinə əsasən bitcoin miningi üçün nəzərdə tutulmuş tətbiqdən
istifadə üçün ona 5-6 cəhd lazım olub. Daha sonra o, iş kompüteri vasitəsilə hər
gün axşam saat 6-dan səhər saat 6-a kimi bitcoin miningi ilə məşğul olub. Bununla
yanaşı o, iş kompüterindəki mining nəticələrini, uzaqdan idarə vasitəsilə evindən
yoxlayırmış. 2014-cü ilin Aprel ayının ortalarında mining üçün nəzərdə tutulmuş
tətbiq, departamentin İT şöbəsi tərəfindən aşkarlanıb və deaktiv edilib. İndi
isə İlyaev, bitcoin miningi üçün şəhərin elektrik enerjisindən istifadə
etdiyini etiraf edib və 611$ dəyərində olan 4 günlük məzuniyyətin ləğv edilməsi
ilə razılaşıb. İlyaev-in, bitcoin miningi ilə məşğul olması nəticəsində onun hansı miqdarda vəsait qazanması ilə bağlı heç bir məlumat yoxdur. Maraqlısı isə
ondadır ki, nəyə görə bu işlə bağlı yekun qərar, 2014-cü ildə deyil, məhz indi
çıxarılıb?