Reklam
İsraildən olan 13 yaşlı qız kosmosda oksigen generasiyası üçün xüsusi generator yaradıb

İsraildən olan 13 yaşlı qız kosmosda oksigen generasiyası üçün xüsusi generator yaradıb

Texnologiya
23.08.2021 PAYLAŞIM

    İsraildən olan 13 yaşlı Roni Orion adlı qız kosmosda oksigenin əldə olunması üsulunu təklif edib. Belə ki, 13 yaşlı qızın fikrincə BioStat adlı cihaz kosmosda oksigen çatışmazlığı problemini həll etməyə imkan verir. Bir çox insanların fikirlərinə əsasən məhz bu problem səbəbilə Marsda insan koloniyasının yaradılması qeyri-mümkündür. Roni Orion bildirib ki, onun hazırladığı BioStat adlı generator xarici görünüşcə böyük topu xatırladır və onun bir tərəfi güzgüdən ibarətdir. Generatorun digər hissəsinə isə Günəş şüalarını keçirdən şüşə material yerləşdirilib.


    Roni sözügedən generatorun daxilinə membrandan hazırlanmış xüsusi kapsul yerləşdirməyi planlaşdırır. Sözügedən membran suyu saxlayaraq havanı keçirtməyə imkan verir. Bununla yanaşı kapsulda həmçinin yosunlar da olacaq. Kosmik şəraitdə karbon qazı ilə Günəş enerjisinin olması nəticəsində güzgülər sistemi oksigen generasiya edə biləcək. Roni güzgülərin vacibliyini onunla izah edib ki, həmin güzgülər işığın intensivliyini nizamlamağa imkan verəcəklər. Belə ki, Günəş şüaları yosunları məhv edə bilərlər. 13 yaşlı Roni Orion artıq İsrail Kosmik Agentliyindən xüsusi mükafat əldə edib. Növbəti mərhələdə o bu cihazı artıq daha təcrübəli mütəxəssislər ilə birlikdə təkmilləşdirməyə davam edəcək.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Amazon Alexa hətta vəfat etmiş insanların səsləri vasitəsilə danışa biləcək..

Amazon şirkəti dünən Las Veqasda keçirilmiş Re:Mars adlı konfrans çərçivəsində etik nöqteyi nəzərdən..


Samsung bazardakı ən kiçik piksellərə sahib yeni 200 MP-lik kamera sensorunu təq..

Samsung şirkəti mobil kameralar üçün nəzərdə tutulmuş yeni 200 MP-lik kamera sensorunu təqdim edib...


iPhone 13 Pro Max - kamera testləri - detallı icmal (VIDEO)

Yadınızdadırsa, Apple-ın yeni iPhone 13 seriyası təqdim olunanda hələ Azərbaycana gəlməmiş hər 4 cih..


MediaTek flaqman smartfonlar üçün yeni Dimensity 9000+ prosessorunu təqdim edib..

MediaTek şirkəti flaqman smartfonlar üçün nəzərdə tutulmuş yeni Dimensity 9000+ prosessorunu təqdim ..


Apple yaxın gələcəkdə artırılmış reallıq cihazını təqdim edə bilər..

Apple şirkətinin yaxın gələcəkdə qarışıq reallıq (AR + VR) cihazını satışa çıxardacağı barəsində məl..


Həvəskar blogger PS5-in 20 mm-lik qalınlığa sahib qeyri-rəsmi Slim versiyasını y..

İstifadəçilərin bir hissəsinin PS5-i aldığı, digər hissəsinin isə PS5 Slim ilə PS5 Pro-nu gözlədiyi ..

×