İsrailin Beresheet adlı özəl kosmik aparatı Ayın səthinə çırpılaraq qəzaya uğradı

İsrailin Beresheet adlı özəl kosmik aparatı Ayın səthinə çırpılaraq qəzaya uğradı

Texnologiya
12.04.2019 PAYLAŞIM

    Özəl investorların vəsaitləri hesabına yaradılmış İsrail istehsalı kosmik aparat Ay səthinə eniş zamanı əlaqə yarada bilməyib. Nəticədə kosmik aparatın mühərriki anidən sönüb və aparat Ay səthinə çırpılaraq qəzaya uğrayıb. Bu barədə Hightech.plus saytı xəbər verib. İsrailin Beresheet adlı kosmik aparatı Ay ətrafında dövr edib, lakin onun səthinə eniş etmək istəyən zaman qəzaya uğrayıb. Kosmik aparat ilə əlaqə Ay səthindən 150 metr yüksəklikdə kəsilib. İlk öncə güman olunurdu ki, aparatın mühərriki işə düşməyib. Daha sonradan telemetriya vasitəsilə kosmik aparatda nəyin baş verdiyini müəyyən etmək mümkün olub.


Bənzər xəbər


    Ay səthindən 150 metr yüksəklikdə kosmik aparatın mühərriki sönüb və aparatın baş kompüterində qəza səbəbli yenidən yüklənmə baş verib. Nəticədə aparat Ay səthinə çırpılmadan öncə işə düşməyə vaxt tapa bilməyib. Deaktiv olunmazdan əvvəl kosmik aparat Ay səthi üzərində çəkilmiş son fotonu göndərə bilib. NASA-nın rəhbəri də daxil olmaqla digər mütəxəssislər İsraili qismən əldə olunmuş uğura görə təbrik ediblər. Belə ki, bu, özəl vəsaitlər ilə reallaşdırılmış ilk Ay proqramıdır. Beresheet kosmik aparatının hazırlanması və Aya göndərilməsi 100 milyon dollara başa gəılib.


    Plana əsasən Beresheet avtonom rejimdə Ay səthinə eniş etməli və Ay səthinin fotolarını Yer kürəsinə göndərməli idi. Missiya nəticələrinə əsasən Beresheet Ay ətrafında dövr etmiş ilk özəl kosmik aparat oldu. İsrail kosmik aparatı Ayətrafı orbitə göndərmiş yeddinci və onu Ay səthinə endirməyə cəhd etmiş dördüncü ölkə oldu. Bunu etməyi bacarmış hələki 3 təmsilçi var: ABŞ, Rusiya və Çin. Beresheet kosmik aparatı İsrailin SpaceILIsraeli Aerospace Industries şirkətlərinin birgə səyləri çərçivəsində yaradılmışdı. 22 fevral tarixində həmin kosmik aparat SpaceX-in Falcon 9 raketi vasitəsilə Aya göndərilmişdi.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Youtube kanalı OWC 27 düyümlük iMac-ı tamamilə sökdü: Nələr dəyişib?

Youtube kanalı olan OWC Apple-a məxsus olan 27 düyümlük iMac kompüterini tamamilə sökdü. Bəs nələr d..


Bütün yeni prosessorlarda təhlükəli boşluqlar aşkarlandı: Intel, ARM, IBM və AMD..

İntel, ARM, İBM və AMD şirkətlərinə məxsus yeni və müasir prosessorlarda təhlükəli boşluqlar aşkarla..


Huawei şirkətindən Desktop (stolüstü) kompüterlər gəlir

Böyük bazar payına malik olan Huawei şirkətinin sızdırılan məlumatlara görə Desktop kompüterləri gəl..


MediaTek və Intel birgə əməkdaşlıq çərçivəsində noutbuklar üçün 5G modem anons e..

Keçən il MediaTek və Intel şirkətləri noutbuklar üçün nəzərdə tutulmuş 5G modemin yaradılması üzrə ə..


Böyük bir dövrün sonu: Toshiba şirkəti noutbuk istehsalı sahəsindəki fəaliyyətin..

Toshiba şirkəti özünün 35 illik portativ kompüter istehsalçısı karyerasını bitirdiyini rəsmi şəkildə..


Dünyanın ilk 6G şəbəkəsinin nə zaman işə salınacağı məlum olub

Cənubi Koreya hökuməti 6G şəbəkəsinin istifadəyə verilmə planları haqqında danışıb.

×