İstifadəçilər App Store ilə Google Play'də yarım ilə ümumilikdə 39.7 milyard dollar vəsait xərcləyiblər

İstifadəçilər App Store ilə Google Play'də yarım ilə ümumilikdə 39.7 milyard dollar vəsait xərcləyiblər

Texnologiya
04.07.2019 PAYLAŞIM

    Sensor Tower adlı analitik servis bu ilin birinci yarısında mobil tətbiqlərin qazancları barəsində hesabatı təqdim edib. Beləliklə servisin verdiyi məlumata əsasən App Store ilə Google Play istifadəçiləri hər iki platformada ümumilikdə 39.7 milyard dollar vəsait xərcləyiblər. Bu isə keçən ilki göstəricidən 15% çoxdur. Belə ki, keçən il istifadəçilər ümumilikdə 34.4 milyard dollar vəsait xərcləmişdilər. Bu barədə Vc.ru saytı xəbər verib.


Bənzər xəbər


    Ən çox vəsaiti App Store istifadəçiləri xərcləyiblər. Onlar ümumilikdə 25.5 milyard dollar vəsait xərcləyiblər. Bu isə Google Play-də xərclənmiş vəsaitdən 80% çoxdur. Google Play-də 14.2 milyard dollar vəsait xərclənib. Bununla belə Google şirkətinin platforması keçən ilin eyni zaman intervalındakı göstəriciləri ilə müqayisədə bu il daha çox gəlir yüksəlişi sərgiləyir. Belə ki, Google-da bu göstərici 19.6%, Apple şirkətində isə 13.2% yüksəlib.

    Oyunlara aid olmayan tətbiqlər arasında ən çox gəliri Tinder qazanıb. İstifadəçilər bu tətbiqə hər iki platformada ümumilikdə 497 milyon dollar vəsait xərcləyiblər. İkinci yerdə Netflix servisi qərarlaşıb. Qeyd etmək lazımdır ki, App Store servisinə komissiya ödəməkdən boyun qaçırtmaq üçün Netflix şirkəti öz tətbiqinin iOS versiyasında ödənişli abunəlik funksiyasını aradan qaldırıb. Ümumilikdə isə Netflix hər iki platformadan 399 milyon dollar gəlir əldə edib.


    Sensor Tower-ın hesabatında həmçinin tətbiqlərin yüklənmə barəsində statistikaları da yer alıb. Beləliklə App Sore-da həmin göstərici 1.4% aşağı düşüb. Bu isə Çindən olan yükləmə saylarının azalması ilə əlaqədardır. Google Play-də bu göstərici 16.4% yüksəlib. İstifadəçilər daha çox Whatsapp, Messenger, Tik-TokInstagram tətbiqlərini yükləyirlər.

    Sensor Tower həmçinin istifadəçilərin mobil oyunlara xərclədikləri vəsaitləri də qeyd edib. App Store-da oyunlara xərclənmiş ümumi vəsait 17.6 milyard dollar, Google Play-də isə 12 milyard dollar təşkil edib. Daha çox gəliri isə Honor of Kings, Fate/Grand Order, Monster Strike, Candy Crush SagaPUBG Mobile kimi oyunlar əldə ediblər. Bununla yanaşı PUBG Mobile ilə yanaşı istifadəçilər öz cihazlarına daha çox Color Bump 3D Garena Free Fire oyunlarını yükləyiblər.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×