main-post-cover

    İstifadəçilər Microsoft-dan Windows 7-ə ikinci şansı verməyi xahiş edirlər

    Elm & Texnologiya
    27.01.2020
    Farid Pardashunas
        14 yanvar tarixində Microsoft şirkəti Windows 7 əməliyyat sisteminin dəstəyini rəsmi olaraq dayandırdı. Bu isə o deməkdir ki, şirkət artıq sözügedən əməliyyat sistemi üçün təhlükəsizlik yenilənmələrini və patchları təqdim etməyəcək. Lakin istifadəçilər Windows 7-dən ayrılmaq istəmirlər və ona ikinci şansın verilməsini tələb edirlər. Bu barədə Gagadget saytı xəbər verib.
        Müstəqil proqram təminatı fondu (Free Software Foundation) “Upcycle Windows 7” adlı elektron ərizə tərtib edib. Həmin ərizədə isə Windows 7-nin qaynaq kodlarının təqdim edilməsi xahiş olunur. Bunun olacağı halında tərtibatçılar həmin kodları incələyərək onu təkmilləşdirə və istifadəçilər arasında yaya bilərlər. Bununla yanaşı online ərizənin müəllifləri Microsoft-dan istifadəçilərin müstəqilliklərinə və konfidensiallıqlarına hörmət etməyi tələb edirlər.
        Belə ki, şirkətin məcburən istifadəçiləri digər Windows versiyalarına keçirtmək niyyəti heç də hamının xoşuna gəlmir. Elektron ərizə vasitəsilə simvolik 7777 imzanın toplanması planlaşdırılır. Hal hazırda isə imzaların sayı 3200-dən bir qədər çoxdur. Qeyd etmək lazımdır ki, əvvəllər bəzi hallarda Microsoft şirkəti öz sistemlərinin qaynaq kodlarını təqdim edib. Lakin Windows 7 ilə vəziyyət bir qədər qəlizdir. Belə ki, şirkət istifadəçilərin Windows 10-a keçid etmələrini istəyirlər.
    Linki kopyala

    Bənzər xəbərlər

    Oxşar xəbərlər