main-post-cover

    İstifadəçilərin konfidensiallıqları məsələsində brauzerlərin reytinqləri tərtib olunub

    Elm & Texnologiya
    18.03.2020
    Emil Nəcəfov
        İstifadəçilər barəsində məlumatları bütün brauzerlərin yığmasına baxmayaraq onlardan bəziləri bunu digərlərindən daha çox edirlər. IT sahə üzrə mütəxəssis olan Doug Leith dünyanın ən məşhur brauzerlərinin konfidensiallıq səviyyələrini müqayisə edərək nəticələri reytinq formatında təqdim edib. Bu barədə Arstechnica saytı xəbər verib. Sözügedən müqayisə testində Google Chrome 80.0.3987.87, Mozilla Firefox 73.0, Brave 1.3.115, Safari 13.0.3, Microsoft Edge 80.0.361.48Yandex 20.2.0.1145 brauzerləri iştirak ediblər. İnternet səhifələri izləyən zaman sözügedən brauzelərin istifadəçi məlumatlarını hansı miqyasda yığdıqları və daha sonra həmin məlumatlardan necə istifadə etdikləri müşahidə edilib.
        Beləliklə mütəxəssisin verdiyi məlumata əsasən istifadəçilərin konfidensiallıqları məsələsində ən pis nəticəni Microsoft Edge brauzeri sərgiləyib. Belə ki, bu brauzer öz serverlərinə axtarış sorğularını aşkar edən identifikatorları, IP ünvanları və istifadəçinin yerləşdiyi yer barəsində məlumatları göndərir. Maraqlısı odur ki, sözügedən funksiyaları deaktiv etmək heç də asan olmayıb. Mütəxəssisin sözlərinə əsasən bu cür əməliyyatları həmçinin Yandex brauzeri də yerinə yetirib. Chrome, Firefox və Safari bruzerləri sözügedən testdə orta nəticə sərgiləyiblər.
        Belə ki, bu brauzerlədə məlumatların idarəsiz yığılmasını və axtarış sorğularının avtomatik əks olunmasını deaktiv etmək mümkündür. Buna baxmayaraq Chrome brauzeri istifadəçinin unikal identifikatorunu təyin edir. İstifadəçi barəsində bəzi məlumatları həmçinin Firefox da yığır. Safari-nin baş səhifəsi isə istifadəçi məlumatlarını üçüncü tərəflərlə bölüşür. Həmin üçüncü tərəflər isə identifikatorlu səhifələri brauzer keşinə yükləyirlər. iCloud ilə çalışma prosesi zamanı həmçinin identifikatorlar barəsində də məlumatlar yığılır.
        Reytinqin lideri Brave brauzeri olub. Bu brauzer standart olaraq IP ünvanları təyin edən identifikatorları yığmır, daxil olunan saytlar barəsində məlumatları tərtibatçıların serverlərinə göndərmir. Sözügedən brauzerlərin təmsilçiləri tərtib olunmuş reytinq barəsində fikirlərini qeyd ediblər. Microsoft şirkətinin anonim tərtibatçısı qeyd edib ki, Edge brauzeri məhsulların yaxşılaşdırılması üçün diaqnostik məlumatların yığılması icazəsini alır. Bununla belə brauzerdə məlumatların yığılmasını deaktiv etmək mümkündür.
        Apple şirkətində bildiriblər ki, bu tədqiqat brauzer təhlükəsizliyini çox aşağı səviyyədə anlayır. Şirkət onu da qeyd edib ki, Safari istifadəçi məlumatlarının üçüncü tərəflərə ötürülməsini Intelligent Tracking Prevention funksiyası vasitəsilə bloklayır. Mozilla qeyd edib ki, o, brauzerdə yalnız Sync funksiyasının aktiv olduğu halda daxil olunmuş saytların tarixçələrini yığır. Bununla yanaşı Firefox-da end-to-end şifrələnmsəi sistemindən istifadə olunur. Buna baxmayaraq Firefox həqiqətən də istifadəçinin Mozilla məhsulları ilə olan qarşılıqlı əlaqəsini əhatə edən bəzi texniki məlumatları yığır. Lakin həmin məlumatlar arasında daxil olunan saytarın tarixçələri yoxdur. Yığılmış IP ünvanlar və digər identifikatorlar isə istifadəçilərin aktivliklərinin müşahidə olunması üçün istifadə edilmir.
    Linki kopyala