
İstifadəçini, ağcaqanaddan qoruyan LG K7i adlı büdcəli smartfon təqdim edildi
Elm & Texnologiya
27.09.2017
Emil
“LG” şirkətinin yeni smartfonu, istifadəçinin qanına bələd olan ağcaqanadları qovmaqda yardımçı olacaq.
Belə ki, LG K7i smartfonunun arxa
panelində Mosquito Away adlı
qapaq var. Həmin qapaq, ultrasəs vasitəsilə ağcaqanadları uzaqda saxlamağa imkan
verir. Qeyd etmək lazımdır ki, Mosquito Away texnologiyası, şirkətin bir sıra
televizor və kondisionerlərində istifadə olunur. Lakin smartfonda bu
texnologiya ilk dəfədir ki, istifadə olunur.

Belə ki. LG K7i cihazının arxa
panelindəki olan səsgücləndirici, ultrasəs dalğaları yaradır. Həmin ultrasəs
dalğaları, insan üçün tamamilə zərərsizdirlər. Lakin şirkətin verdiyi məlumata
inansaq, ağcaqanadlar bu cür səs dalğalarına dözə bilmirlər. İsti günlərdən
başqa, smartfonun arxa panelindəki qapağı, adi versiyaya dəyişmək olar.
Texniki
göstəricilərinə gəldikdə isə LG K7i, 5 inç-lik IPS ekran, 1.1 GHz tezlikli 4 nüvəli
prosessor, 2 GB RAM, 16 GB daxili yaddaş (microSD dəstəkli), 2500 mAh enerji
tutumlu batareya, 8 MP-lik arxa və 5 MP-lik ön kamera ilə təchiz olunub.
Bununla yanaşı o, barmaq izi skanına da sahibdir. Hindistanda bu model, 122$
qiymətinə satılır. Lakin çətin ki, LG K7i, digər bazararda da satışa çıxsın.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

Nothing Phone (3) subflaqman smartfonu təqdim edilib - QİYMƏTİ
