Logo
    main-post-cover

    İT sahənin böyük şəxsləri yeni texnoloji şəhər inşa etməyi planlaşdırırlar

    Elm & Texnologiya
    30.08.2023
    Emil
        ABŞ-ın Flannery Associates adlı az tanınan şirkəti San-Fransisko körfəzinin yerləşdiyi reyonda bir neçə min hektar torpaq sahəsinin alınması üçün 800 milyon dollar vəsait sərf edib. Məlumata əsasən sözügedən şirkətin arxasında İT sahənin böyük şəxsləri dayanırlar. Onlar alınmış torpaq sahəsində yeni texnoloji şəhərin inşasını planlaşdırırlar. Milyard dollarlıq sərvətə sahib Michael Moritz adlı vençur kapitalisti bəzi potensial investorlara qeyri-standart layihədə iştirakı təklif edib. Söhbət, Kaliforniyada yeni şəhərin inşasında iştirakdan gedir. Planlaşdırılan yeni şəhər San-Fransisko körfəzinin yerləşdiyi reyonda inşa edilməlidir. Bu ragionda torpaq ərazilərinin qiymətləri nisbətən aşağıdır.
        Layihənin müəllifləri bir neçə min hektar torpaq ərazisini meqapolisə çevirmək istəyirlər. Bu cür meqapolis turistik zona rolunda çıxış edə və minlərlə insan üçün yeni iş yerlərini təklif edə bilər. Layihənin müəllifləri tamamilə yeni növ şəhər yaratmaq istəyirlər. Bu səbəbdən də Flannery Associates şirkəti San-Fransiskonun şimal-şərqindən təqribi olaraq 100 km aralıda olan kənd təsərrüfatı regionunda aktiv şəkildə torpaq sahələrinin alınması ilə məşğul olur. Sözügedən şirkət barəsində məlumat çox azdır. Lakin məlumdur ki, torpaq sahələrinin alınması üçün o artıq 800 milyon dollar vəsait ayırıb.
        Şirkət sözügedən regionda torpaq sahiblərinin hamısına təkliflər edir və torpaq sahələrinin satışa çıxarılıb-çıxarılmamasından asılı olmayaraq onların sahiblərinə bazar qiymətindən daha çox vəsait təklif edir. Flannery Associates barəsində məlumatın az olması öz növbəsində yerli torpaq sahiblərini, hakimiyyət nümayəndələrini, regionun konqresmenlərini və hətta ragiona yaxın yerləşən ABŞ Hərbi Hava Qüvvələri bazalarının rəhbərlərini narahat edib. Məlum olub ki, şirkətin təsisçisi Jan Sramek adlı 36 yaşlı şəxsdir. Bu keçmiş treyder İT sahənin  böyük iştirakçılarının vəsaitlərini cəlb edə bilib.
        Plana əsasən iki zolaqlı magistral yolu ilə ayrılmış kənd təsərrüfatı ərazisində sıx binalara, təmiz enerji mənbələrinə və ictimai nəqliyyata sahib yeni texnoloji şəhər inşa edilməlidir. Bu layihənin iştirakçıları arasında LinkedIn-in həmtəsisçisi Reid Hoffman, Andreessen Horowitz şirkətinin investorları Marc Andreessen Chris Dixon, Stripe ödəniş servisinin yaradıcıları Patrick John Collison qardaşları, Emerson Collective şirkətinin təsisçisi və mərhum Steve Jobs-un həyat yoldaşı Laurene Powell Jobs və bir sıra investorlar var. Texnoloji sahəyə istiqamətlənmiş şəhərin inşası ideyası yeni bir ideya deyil.
        Məsələn Google şirkəti zamanında öz baş ofisinin genişləndirilməsi mövzusunda Palo-Alto və Mauntin Vyu şəhərlərinin rəhbərləri ilə münaqişə yaşamışdı. Şirkət yeni obyektlərin inşasının tərəfində olmuş siyasətçiləri maddi cəhətdən dəstəkləyirdi. Yeni yaşayış zonalarının inşasının vacibliyini İT sahənin digər təmsilçiləri də qeyd edirdilər. Lakin əksər hallarda mövzu elə danışıqlar prosesində bağlanırdısa, Flannery Associates şirkəti 2017-ci ildə artıq öz layihəsi ilə ciddi şəkildə məşğul olmağa başladı. Şirkət qısa müddət ərzində çoxlu sayda torpaq sahəsi aldı. Bu isə öz növbəsində yerli sakinləri qorxutdu. Layihənin uğurlu olacağına dair zəmanət hələ də yoxdur. Əldə edilmiş torpaq sahələri böyük obyektlərin inşası üçün nəzərdə tutulmayıb. Bundan əlavə olaraq layihənin reallaşdırılması üçün onu ştatın təşəbbüslər sistemindən keçirtmək lazım gələcək.
    Paylaş
    Bənzər xəbərlər