İtaliya hökuməti smartfonların bilərəkdən zəiflədilməsinə görə Apple ilə Samsung'u cərimələdi

İtaliya hökuməti smartfonların bilərəkdən zəiflədilməsinə görə Apple ilə Samsung'u cərimələdi

Texnologiya
25.10.2018 PAYLAŞIM

    Apple şirkətinin öz iPhone modellərini bilərəkdən zəiflətməsi barəsində olan məhkəmə prosesləri hələ bitməyib. ABŞ-da bu məsələ ilə bağlı istintaqlara və məhkəmə proseslərinə əlavə olaraq Apple şirkəti İtaliya hökuməti tərəfindən 10 milyon avro dəyərində cərimələnib. Bugün həmçinin məlum olub ki, İtaliya hökuməti həmdə bu məsələdə Samsung şirkətini də cərimə ilə cəzalandırıb.

    Apple-dan fərqli olaraq Samsung şirkətinə 5 milyon avro dəyərində cərimə cəzası təyin olunub. İtaliyanın antimonopoliya komitəsi Apple və Samsung şirkətlərini öz smartfon cihazlarının zəiflədilməsi üçün istifadə etdikləri yenilənmiş proqram təminatına görə cərimələyib. Hər iki şirkət 5 milyon avro dəyərində cərimələnib.

Bənzər xəbər


    Lakin Apple əlavə olaraq 5 milyon avro dəyərində ona görə cərimələnib ki, o, öz müştərilərinə smartfon batareyasının ömrünün necə uzadılması və ya dəyişdirilməsi barəsində əlavə təlimat təqdim etməyib. Antimonopoliya komitəsi həmçinin qeyd edib ki, Apple və Samsung-un yenilənmiş proqram təminatları sözügedən şirkətlərin cihazlarında ciddi nasazlıqlara və nəticədə onların zəifləmələrinə gətirib çıxardıb. Beləliklə istifadəçilər bu şirkətlərin yeni smartfon modellərini almalı olublar. Bu iki şirkət öz müştərilərinə yeni proqram təminatlarının smartfonlara necə təsir etmələri barəsində kifayət qədər məlumat verməyib.

Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×