İxtisas seçimi edən zaman kimə qulaq asım?

İxtisas seçimi edən zaman kimə qulaq asım?

Texnologiya
23.07.2019 PAYLAŞIM

    Hər bir abituriyentin ən böyük arzusu universitetə yaxşı balla qəbul olmaq və təhsilini davam etdirməkdir. Məktəbi bitirən abituriyent ilk növbədə fokuslandığı əsas məsələ heç olmasa müəyyən keçid balını toplayıb, universitetə qəbul olmaqdır. Bəzi abituriyentlər isə sırf universitet həyatı yaşasınlar, bəziləri əsgərliyə getmələrini 4 il daha ləngitsinlər deyə universitetlərə daxil olurlar. Amma burada əksər abituriyetin gözdən qaçırdığı və bəlkə də nəzərə almadığı, gələcəyini dəyişəcək bir məqam var – ixtisas seçimi.

    Adətən, univeritetə hazırlaşan abituriyentin qarşısında duran əsas məqsəd yaxşı bal yığmaq yaxşı universitetə qəbul olmaq olursa, ixtisas seçimi onları çox az maraqlandıran məsələ olaraq qalır. Düşüncə belə olur ki, əgər yaxşı ballı yerdirsə, deməli yaxşı ixtisasdır. Belə vəziyyətdə abituriyentin seçim etməsinə müəllimləri və şəxsi istəklərindən çox valideynlərinin seçimi köməyə çatır. Kömək deməyək, bəlkə də bunun adı məcburiyyətdir. Müasir dövrdə valideynlər, övladının gələcək peşə-ixtisas seçimlərini cəmiyyətdə nisbətən məşhur və samballı səslənən ixtsisaslar yönündə aparırlar. Məsələn, övladım həkim olsun, müəllim olsun, hüquqşünas olsun və s.

Bənzər xəbər


    Vəziyyət belə olan halda isə yüksək bal yığmanın sevincini yaşayan tələbə ya valideyninin seçimi ilə razılaşır, ya da dost-tanışdan məsləhət alıb arzulamadığı, bəlkə də heç gələcəyini orada görmədiyi bir ixtisas seçimini etmiş olur. Nəticədə 4 ilin sonunda diplom sahibi tələbə, harada işləyəcəyini, harada iş axtarmalı olduğunu tam dəqiq anlaya bilmir. İxtisas seçiminin doğru olmadığının əsas göstəricisidir ki, ölkəmizdə məzun olan tələbələrin əksəriyyəti öz oxuduğu ixtisasa uyğun çalışmır. Yaxud bir də görürsən ki, rəssamlıq məzunu olan bir tələbə proqramçı olaraq fəaliyyət göstərir.

    Bir digər tərəfdə isə universitetə qəbul ola bilməyən abituriyentlər, sanki hər şeyin elə buradaca bitdiyini düşünür. Əgər o universitetə qəbul ola bilməyibsə, düşünür ki, artıq həyat onun üçün bitdi. Universitet yoxdursa, iş yoxdur - gələcək yoxdur. Onun üçün ən ideal iş fəhləlik olacaq. Sırf bu düşüncə gənc yaşdan valideynlər tərəfindən aşılandığı üçün universitetə qəbul olmayan abuturiyentlərin çox acı xəbərlərini eşidirik – İntihar. Kökündən yanlış olan bu düşüncə hər il 1000-lərlə abituriyentə psixoloji basqı və stress gətirir. Axı kim deyir ki, universitetə qəbul ola bilməyən bir Abituriyent gələcəkdə uğursuz olacaq?

    Mən burada sizə bir neçə universitet bitirmədən milyarder olan şəxslərin adını sadalaya bilərəm. Siz onları yaxşı tanıyırsınız amma bu sizin üçün boş bir motivasiya olar. Çünki, belə adamlar hər topluma 100 ildə bir dəfə gələr ya gəlməz. Məncə daha realist yanaşmalardan danışsaq, faydalı olar.

    Məsələ budur ki, siz univeristeti atmaqla yaxud universitetə qəbul olmamaqla milyarder ola bilməyəcəksiniz amma fəhlə də olmayacaqsınız. Çünki artıq müasir peşə-ixtisasları həttə sizə deyim, fəhlə olmaq belə dəyişib. Siz “rəqəmsal fəhlə” olaraq da çalışa bilərsiniz. Və bu işlərlə hətta həkimdən, müəllimdən də çox pul qazana bilərsiniz. Bəli, artıq trednlər və yanaşmalar dəyişib. Elə isə dünyada nə baş verir? Biz necə ayaqlaşaq və necə seçim edək deyirsinizsə, məqaləni oxumağa davam edin.    Gəlin qayıdaq lap başa, bizim qarşımızda iki əsas məsələ durur - Universitetə daxil olanda doğru ixtisası seçmək, universitetə daxil ola bilməyəndə doğru peşə-ixtisasına yiyələnmək. Doğru ixtisas seçimi etmək çətin bir prosesdir və nəzərə alsaq ki, burada sizə kənar təsirlər də var. Valideyn düşünür ki, 16-17 yaşlı övladı hələ şəxsi qərarlarını verəcək qədər dünya görüşünə sahib deyil. Bəs belə olanda valideyn özü də dünya görüşünə sahib deyilsə? Yaxud onun sahib olduğu dünya görüşü artıq köhnəlibsə? Belə olan halda valideynin seçimi yuxarıda qeyd etdiyim kimi, əsas istəyi cəmiyyətdə sevilən, hörmət qoyulan ixtias olacaq. Hansı Valideyn övladının marketoloq olmağını istəyir ki? Yaxud developer, dizayner? Məhz elə buna görədir ki, tələbələr univeristetin 2-ci yaxud 3-cü kursunda ixtisas seçimini edirlər. Çünki bu ana qədər valideyn və ətrafın basqısı ilə bu ixtisasa gəlib çıxıb. Müəyyən dünya görüşünə sahib olandan sora isə o artıq gələcəkdə kim olmasına qərar vermək mərhələsinə gəlib çatır. Elə bu səbəbdən, müəllimlik, tibb, hüquq, jurnalistika oxumuş bir çox dizayner, developer, marketoloq görmək olar. Biz onları bir mənalı qınayırıq ki, müəllim olmalı idin, marketoloq oldun və s. Amma düşdüyümüz vəziyyət bunu bizə məcbur edir. Mən bu məqaləni yazıram və mən özüm Dünya İqtisadiyyatı məzunu olsam da Texnologiya Jurnalistikası sahəsində fəaliyyət göstərirəm və bu istiqamətdə biznesə sahibəm.

    Peşəkar Kompüter təhsili Proqramla tanış ol

    Əslində bu məqaləni məhz valideynlərə həsr etmişəm, çünki həmin yaşda Abuturiyentin qərarvermə və seçim etməsində ən böyük rolu onlar oynayır. Lakin valideyn müasir dövrün trendlərindən çox zaman xəbərsiz olmuş olur. Bəs mən sizə deəsəm ki, növbəti 20 ildə müəllimləri robotlar əvəz edəcək? Hətta artıq əvəz etməyə başlayıb. Çox uzağa getməyək, indi mövcud onlayn kurslardan yəqin ki, xəbəriniz var. Distant təhsili demirəm hələ. Cərrahiyədə robotlardan istifadə olunur. Dizaqnozqoyamda süni zəkalar çalşır. Hüquq sistemi təmamilə avtomatlaşdırılacaq. Bu o demək deyil ki, həkimlərə, hüquqşünaslara eləcə də müəllimlərə tələb azalacaq. Əksinə burada daha çox istedadlı ixtisasçılara tələb artacaq. Artıq robotu öyrədə bilən müəllimə tələb olacaq, insanı öyrədən müəllimə yox.    Müasir dövr ixtisasları artıq bir yerdə texnologiyaya bağlanır. İstər tibb, istər sosial sahələr olsun. İnsan faktoru olan sahələr yavaş-yavaş sıradan çıxmağa başlayır. Belə bir vəziyyətdə övladını bank işçisi olmaq üçün yetişdirmək nə qədər doğru və ağıllı qərardır? Təməl prinsiplər artıq dəyişib. Cəmiyyətimiz ixtisassız müəllimlər, həkimlər, hüquqşünaslar, filoloqlar, iqtisadçılar ilə dolub daşır. Daha sonra iş tapılmamasının səbəbi də müəyyən mənada budur. Tələbə qarşı yox, düşüncələrə və cəmiyyətə qarşı davranış ortaya qoyuruq. Bu mənada valideynlərə və yeni ixtisas seçimi etməkdə olan abituriyentlərə əsas məsləhət müasir peşə-ixtisas yönümlü sahələrə yönəlməkdir.

    Yeni trendlər artıq bir növ Universitet mövzusunu da aktuallıqdan salır. Yeni yaranan rəqəmsal dünyada rəqəmsal alətlərlə işləmək bacarığına sahib milyonlarla işçiyə ehtiyac var. 2020-ci ildə 1.8 milyon iş yeri məhz süni-zəkaların həyatımıza daxil olması ilə məhv olacaq. Amma yaxşı xəbər ondan ibarətdir ki, bu yeni zəkalar insanlar üçün daha yeni 2 milyon iş yeri yaradacaq.

    Yəni vəziyyət o qədər də acınacaqlı deyil, əksinə müasir trendləri seçmək daha yeni imkanlar və ən əsası daha yaxşı pul qazandırır. Məqalənin əvvəlində “rəqəmsal fəhlə” terminini boşuna istifadə etmədim. Rəqəmsal dünyada hər kəsə iş var. Bu dünyada iş tapmaq üçün sizə 4 il Univeristet təhsili yaxud ixtisasınızla əlaqəsi olmayan fənnləri öyrənməyə ehtiyac olmaya da bilər. 1 İllik hansısa IT kurs, 6 aylıq təlim də sizi bu bazarda iş sahibi edə bilər. Burada əslində “rəqəmsal fəhlə” termini kobud səslənir. Əslində sizə bir söz deyim, heç belə termin yoxdur. Sadəcə bu termini istifadə etmək səbəbim, məhz valideynlərin övladlarına universitetə daxil ola bilmədiyi halda fəhlə olacağını aşılamağına qarşı çıxmaqdır.

    Universistet sizi 4 ilə yaxşı ixtisaslı kadr edə biləcək bir elmi İnsitutdur amma məsələ də odur ki, rəqəmsal dünyada bu qədər uzun vaxta ehtiyac yoxdur. Yaxud bu sahədə inkişaf etmək üçün heç də həmişə insitutlara ehtiyac yoxdur. Məqalənin əsas məqsədi universitetə daxil olub, doğru yönəlməyən yaxud univeristetə daxil olmayanda hər şeyin bitdiyini düşünən gəncləri yönəltmək və ən əsas valideynləri uşaqlarını bu yöndə inkişaflarına dəstək göstərməsinə çağırmaqdır. Proqramçılıqla məşğul olan, startap yaratmağa çalışan, öz gələcəyini fərqli görən gənclərə şərait yaratmaq və onlara dəstək olmaq lazımdır.

    IT təhsil almaq istəyirsən? Elə isə daxil ol
Qeyd: Şərhlərdə nalayiq ifadələr işlətmək, reklam xarakterli mətn paylaşmaq qadağandır.

Şərh yoxdur

Şərh yazmaq üçün daxil olun


DAHA ÇOX


Blue Origin şirkəti gələn ay olacaq ilk kosmik turistik uçuşa əlavə sərnişin yer..

Jeff Bezos-un Blue Origin şirkəti kosmosa ilk özəl uçuş missiyası üçün əlavə sərnişin yerini 28 mily..


NASA agentliyi astronavtları Aya yollayacaq yeni raketini sərgiləyib

NASA agentliyi ilk dəfə olaraq özünün Space Launch System (SLS) adlı raketlərini sərgiləyib...


Facebook-un ilk smart saatı barəsində yeni məlumatlar verilib

İnsayderlər Facebook şirkətinin ilk smart saatı barəsində yeni məlumatları veriblər.


Məşhur analitik Apple şirkətinin AR cihazının nə zaman təqdim olunacağını açıqla..

WWDC 2021 konfransından sonra məşhur analitik Ming-Chi Kuo, Apple şirkətinin öz artırılmış reallıq c..


Amazon-un yaradıcısı Jeff Bezos yaxın zamanda kosmosa yollanacaq

Amazon şirkətinin təsisçisi Jeff Bezos heç gözlənilmədən kosmosa uçmaq planını elan edib...


Çin Kosmik Stansiyasının yeni növ mühərriklər vasitəsilə çalışacağı məlum olub..

Yer kürəsinin orbitində yığılmasına start verilmiş Çin Kosmik Stansiyası barəsində yeni məlumatlar o..

×