
Jack Ma'nın Alibaba şirkətindən 1 ildən sonra ayrılacağı məlum olub
Elm & Texnologiya
10.09.2018
Emil
Məlum olub ki, Alibaba Group şirkətinin təsisçisi və
direktorlar şurasının sədri Jack Ma, Alibaba-nın 20 illik yubileyində şirkətdən
ayrılacaq. Yəni gələn ilin 10 Sentyabr tarixində. Bu barədə şirkət özü rəsmi
olaraq bildirib. Sədr qismində onu şirkətin hal hazırki CEO-su Daniel Zhang əvəz
edəcək. Lakin direktorlar şurasını Ma, 2020-ci ildə tərk etməyi düşünür. Ondan
sonra Ma, Alibaba Partnership adlı konsultasiya qrupuna rəhbərlik edəcək. Həmin
qrupa şirkətin 36 aparıcı meneceri daxildir. Qrup həmçinin şirkətin direktorlar
şurasına müəyyən namizədlərin təyin olunması hüququna sahibdir.
“Mənim gələcək planlarıma gəldikdə, mən çox şey barəsində arzu edirəm. Məni tanıyan
insanlar bilirlər ki, mən işsiz oturmağı sevmirəm. Mən, Alibaba Partnership-ə həmtəsisçi
əməkdaş kimi öz təhfələrimi verməyi planlaşdırıram. Həmçinin mən təhsil sahəsinə
də qayıtmaq istəyirəm. Bu iş mənə həddindən artıq zövq verir. Dünya böyükdür və
mən hələ cavanam. Odur ki, mən yeni şeyləri təcrübədən keçirtmək istəyirəm. Söz
verə biləcəyim yeganə şey isə odur ki, Alibaba heç zaman təkcə Jack Ma-ya məxsus
olmayıb. Lakin Jack Ma həmişə Alibaba-ya məxsus olacaq” – deyə Ma bildirib.
Qeyd etmək
lazımdır ki, 46 yaşlı Daniel Zhang 2015-ci ildən bəri Alibaba şrikətinin CEO-su
vəzifəsində çalışır. Ondan əvvəl isə Daniel Zhang Taobao platformasının maliyyə
direktoru və Tmall.com platformasının prezidenti vəzifələrində çalışıb. Daniel
Zhang həmçinin məşhur “Subaylar Günü” ideyasının da müəllifidir. Həmin gün 11
Noyabr tarixində qeyd olunur və Alibaba şirkəti həmin gündə böüyk endirimlər
keçirdir. Heç bir texnoloji təhsili olmayan və keçmiş ingilis dili müəllimi
olan Jack Ma 1999-cu ildə öz əməkdaşları ilə birlikdə Alibaba Group şirkətini
yaratdı. Jack Ma hal hazırda Çinin ən varlı şəxslərindən biridir. Onun sərvəti
40 milyard dollara yaxındır. Alibaba Group-un bazar dəyəri isə 420 milyard
dollar təşkil edir.
Paylaş
Bənzər xəbərlər
Ən çox oxunanlar

iPhone 17 Pro-nun ən kefiyyətli fotoları təqdim edilib
