Logo
    main-post-cover

    'Jaguar' öz ilk elektromobil modelini təqdim etdi (VİDEO)

    Elm & Texnologiya
    02.03.2018
    Emil
    İngiltərənin “Jaguar Land Rover” şirkəti özünün I-Pace adlı ilk elektromobil modelini təqdim etdi.

    Təqdim olunmuş elektromobil 90 kilovat saat həcmli litium-ion batareyası sayəsində çalışır. Bir dəfə şarj olunmaqla bu elektromobil 480 km yol qətt edə bilir. Şirkətin verdiyi məlumata əsasən 100 kilovat güclü enerji stansiyası sayəsində elektromobil öz enerjisini 40 dəqiqə ərzində, adi ev cərəyan girişi (7 kilovat güc) sayəsində həmin enerji həcmini 10 saat ərzində yığır.

    Şirkət bildirib ki, elektromobilin bütün elektronikası hətta Selsi üzrə -40 dərəcədə də çalışa bilir. Elektromobil iki ədəd elektromühərrik ilə təchiz olunub. Bu mühərriklər isə ona 394 at gücü verir. Elektromobil saatda 10 km sürəti 4.8 saniyə ərzində yığır. Onun maksimal sürəti isə saatda 200 km-dir. I-Pace avtomobilinin korpusu alüminiumdan hazırlanıb. Onun çəkisi 2208 kq təşkil edir. Elektromobil 5 nəfərlik salona sahibdir.

    Yük bölməsinin həcmi 656 litrdir. Lakin arxa oturacaqların yığılması hesabına bu göstərici 1453 litrə yüksəlir. Yükün saxlanması üçün əlavə nəzərdə tutulmuş 27 litr həcm isə kapotun altında yerləşir. I-Pace-in naviqasiya sistemi süni zəka alqoritmlərindən istifadə edir. Elektromobil sürücünü xüsusi brelok və ya smartfondakı Bluetooth sayəsində təyin edir. Şirkət artıq I-Pace modelini Tesla Model X ilə müqayisə edib və bildirib ki, I-Pace öz sürətini yerindən götürmək üzrə Model X-i üstələyir. Şirkət artıq bu model elektromobil üçün sifarişləri qəbul etməyə başlayıb. Elektromobil S, SE HSE versiyalarında satışa çıxacaq. İngiltərədə onun başlanğıc qiyməti 87.000$ təşkil edəcək.

    Paylaş
    Bənzər xəbərlər